Məhkəmə qərarları › İş №2(037)-700/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-700/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-700/2020 23.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx xxxx 2013-cü il tarixdə doğulmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay qazancının 1/3 hissəsi, lakin sabit pul məbləği ilə hər ay hər uşağa 150 manat, cəmi 300 manatdan az olmamaqla alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2013-cü il tarixdə X4 və xx xxxxxx 2014-cü il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. Cavabdehin ailəyə baxmaması, uşaqlarının maddi təminatını ödəməməsi aralarında narazılığın yaranmasına və münasibətlərinin pozulmasına səbəb olmuşdur. O, heç yerdə işləmir. Cavabdeh isə İsmayıllı rayon Baytarlıq idarəsində işləməklə aylıq gəlirə malikdir. Bundan başqa kompyuter mütəxəssisi kimi qeyri rəsmi fəaliyyət göstərməklə gəlir əldə edir. Ona görə də uşağın maddi təminatı üçün cavabdehin hər ay qazancının 1/3 hissəsi, lakin sabit pul məbləği ilə hər ay hər uşağa 150 manat, cəmi 300 manatdan az olmamaqla alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, cavabdehin ona və atasına hörmətsizlik etməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. O, İsmayıllı rayon Baytarlıq idarəsində kompyuter operatoru vəzifəsində işləməklə ayda 290 manat əmək haqqı alır. Digər gəliri yoxdur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə birinci həyat yoldaşı ilə nikahları pozulmuş, ananın yanında saxlanılan xx xxxxxxxx 2010cu il təvəllüdlü X1 maddi təminatı üçün 76 manat aliment təyin olunmuşdur. O imkanı daxilində uşağının maddi təminatının ödənilməsinə köməklik edir. Hazırki nikahından doğulmuş iki uşağın saxlanması üçün hər ay qazancının 1/3 hissəsi qədər aliment ödəməyə razıdır. Bundan artıq aliment təyin olunarsa qazancından öz dolanışığı üçün xərclik qalmayacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İ 764447 nömrəli xx xxxxxx 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər nikahlarını xx xxxxxx 2012-ci il tarixdə İsmayıllı raton Qeydiyyat şöbəsində 159 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. AZ-İİİ 118672 nömrəli xx xxxx 2013-cü il tarixli və AZ-İİİ 449540 nömrəli xx xxxxxx 2015ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx xxxx 2013-cü il tarixdə X4 və xx xxxxxx 2014-cü il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. İsmayıllı rayon Baytarlıq idarəsinin arayışından müəyyən edilir ki, cavabdeh Baytarlıq idarəsində kompyuter operatoru vəzifəsində işləməklə orta aylıq əmək haqqı 290 manat 28 qəpik təşkil edir. AZ-İİ 862073 nömrəli xx xxxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, cavabdehin birinci nikahından xx xxxxxxxx 2010-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2019 nömrəli xx xxxx 2011-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, cavabdehlə birinci həyat yoldaşı Cəmilə Tayırova arasında bağlanmış nikah pozulmuş, övladı Həsənəli Tayırov anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh hər ay 76 manat sabit pul məbləğində alimentin tutularaq Cəmilə Tayırovaya ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh İsmayıllı rayon Baytarlıq idarəsində kompyuter operatoru vəzifəsində işləməklə ayda 290,28 manat əmək haqqı alır. Cavabdehin digər gəliri və aylıq qazancı barədə məlumat yoxdur. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Həmçinin cavabdehin birinci nikahdan bir övladının olması, məhkəmə qətnaməsi ilə həmin uşağın saxlanması üçün aliment təyin olunduğu nəzərə alınmalıdır. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının alimentin cavabddehin qazancın (gəlirin) müəyyən hissəsi kimi, eyni zamanda sabit pul məbləğində tutulmasını tələb etdiyini, cavabdehin alimentə münasibətini, cavabdehin birinci nikahından olan övladının saxlanması üçün aliment təyin olunduğunu nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) bir hissəsi miqdarında, lakin sabit pul məbləği ilə hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manatdan az olmamaqla aliment alınaraq xx xxxx 2013-cü il tarixdə doğulmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında, lakin sabit pul məbləği ilə hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manatdan az olmamaqla aliment alınaraq xx xxxx 2013-cü il tarixdə doğulmuş X4 və xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar