Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-714/2021 15.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu İddiaçı X2 Cavabdeh alimentin artırılması və uşağın xaricə çıxarılmasına icazə verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 15 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək 23 iyun 2014-cü il tarixdə doğulmuş X3 adlı uşağın saxlanması üçün İsmayıllı rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsiilə təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 175 manat müəyyən edilməsi, X1 atasının icazəsi olmadan ölkədən çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində iddia tələbləri kimi alimentin artırılmasını və uşağın xaricə çıxarılmasını xahiş etməklə bir-biri ilə əlaqədar olmayan bir tələbləri bir iddiada birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2, 151.1, 152.1.5-ci, 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddiada birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 Cavabdeh alimentin artırılması və uşağın xaricə çıxarılmasına icazə verilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-714/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-714/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver