Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-715/2020 22.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay qazancının (digər gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə xx xxxxxxx 2013-cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. xx xxxxxx 2013-cü il tarixdə X2 və xx xxxxxx 2016-cı il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin 2(037)-500 nömrəli xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, iki uşaq yanında saxlanılmışdır. Həmin vaxt cavabdeh uşaqlarına maddi köməklik etməyi öhdəsinə götürdüyü üçün ondan aliment tələb etməmişdir. Cavabdeh son vaxtlar müxtəlif bəhanələr gətirərək uşaqların maddi təmiantının ödənilməsindən yayınmışdır. Yanında iki azyaşlı uşaq olduğundan heç yerdə işləyə bilmir. Cavabdeh isə İİ qrup əlil kimi ayda 130 manat müavinat almaqla yanaşı digər gəlir də əldə edir. Ona görə də iki uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay qazancının (digər gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, məhkəmə qətnaməsi ilə nikahları pozulduqdan sonra iddiaçının yanında qalan iki uşağın maddi təminatının ödənilməsi üçün daima köməklik etmişdir. Son vaxtlar mövcud vəziyyətlə əlaqədar heç yerdə işləyə bilmədiyindən uşaqlarına köməklik edə bilməmişdir. O İİ qrup əlil kimi 130 manat müavinat alır. Digər gəliri yoxdur. İki uşağın maddi təminatı üçün hər ay qazancının (digər gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsinə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İİİ 181370 nömrəli xx xxxxxxx 2013-cü il tarixli və AZ-İİİ 603010 nömrəli xx xxxxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin xx xxxxxx 2013-cü il tarixdə X2 və xx xxxxxx 2016-cı il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. İsmayıllı rayon Məhkəməsinin 2(037)-500 nömrəli xx xxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmışdır. Cavabdeh uşaqların maddi təminatının ödənilməsini öhdəsinə götürdüyündən İddiaçı iki uşağın saxlanması üçün aliment tələb etməmişdir. DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh İİ qrup əlil kimi 130 manat müavinat alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Cavabdeh İİ qrup əlil kimi DSMF İsmayıllı rayon filialında ayda 130 manat müavinat alır. Cavabdehin digər gəliri və aylıq qazancı barədə məlumat yoxdur. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onlarınn sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının alimentin cavabdehin aylıq qazancının (gəlirinin) hissəsi kimi tələb etməsini, cavabdehin aldığı pensiyadan aliment tutulmasına etiraz etməməsini nəzərə alaraq, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment alınaraq xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment alınaraq xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-715/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-715/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver