Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-718/2021 09.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin eilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 09 avqust 2021-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, cavabdehlə qeyri rəsmi nikahından 01 yanvar 2019-cu il tarixdə X2 adlı uşaqları doğulmuş və cavabdeh uşağına atalıq vermişdir. Birgə yaşadıqları müddətdə dəfələrlə cavabdeh tərəfindən döyülüb, söyülmüşdür. Bu səbəbdən müəyyən müddətdir ki. ayrı yaşayır. Özü heç yerdə işləmir. Cavabdeh isə birgə yaşadıqları müddətdə Bakı şəhərində maşın bazarında “222” adlı xarici markalı avtomobillərin ehtiyat hissələrinin satışı mağazasını işlədirdi və ayda 5000 manata yaxın gəlir əldə edirdi. Buna baxmayaraq ayrı yaşadıqlarıı müddətdə cavabdeh ailəsi ilə maraqlanmamış və uşağının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Ona görə də uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. AZ-İV 230080 nömrəli 15 yanvar 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 01 yanvar 2019-cu il tarixdə doğulmuş X2 adlı bir uşağı doğulmuşdur. AZ-İ 361984 nömrəli 15 yanvar 2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, cavabdeh Ramal Bağırovun atası hesab ediulmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı cavabdehin Bakı şəhərində maşın bazarında “222” adlı xarici markalı avtomobillərin ehtiyat hissələrinin satışı mağazasını işlədərək ayda 5000 manata yaxın gəlir əldə etdiyini, uşağın maddi təminatının ödəniməsinə köməklik etmədiyini qeyd edərək cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə fikrini öyrənmək mümkün olmamışdır. İddiaçı cavabdehin Bakı şəhərində yerləşən maşın bazarında “222” nömrəli mağazanı işlətdiyini qeyd etsə də, bu halı təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Buna baxmayaraq uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq uşağın saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan – 12 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 12 iyul 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq 01 yanvar 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-718/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-718/2021
09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver