Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-740/2023 26.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Nəsı̇ rli Fərqanə Rafı̇ q qızının iştirakı ilə İddiaçı Nəsı̇ rli Fərqanə Rafı̇ q qızının cavabdeh Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nəsı̇ rli Fərqanə Rafı̇ q qızı cavabdeh Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 iyun 2017-ci il tarixdə doğulmuş Mı̇ rı̇ mzayev Tunar Samı̇ r oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat alimentin və mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nəsı̇ rli Fərqanə Rafı̇ q qızı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdehlə birgə nikahından 19 iyun 2017-ci il tarixdə X3 adlı bir övladları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(037)379/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, boşanmadan sonra X3 adlı uşaq onun yanında saxlanılmışdır. İddia ərizəsində nikahın pozulması ilə yanaşı uşağın saxlanması üçün cavabdehdən aliment tələb etsə də iş məhkəmənin icraatında olarkən cavabdeh uşağın maddi təminatının ödənilməsinə köməklik etməyi öhdəsinə götürdüyü üçün rəsmi aliment təyin olunmasını tələb etməmişdir. Lakin cavabdeh sözünə əməl etməmiş və nikahları pozulduqdan sonra uşağına maddi köməklik göstərməmişdir. Özü heç yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olmaqla normal aylıq gəlir əldə edir. Ona görə də cavabdehdən uşağın saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İV 016189 nömrəli 29 dekabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 19 iyun 2017-ci il tarixdə Mı̇ rı̇ mzayev Tunar Samı̇ r oğlu adlı bir övladı doğulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(037)379/2020 saylı qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh oğlu arasında bağlanmış nikah pozulmuş, 19 iyun 2017-ci il tarixdə doğulmuş X6 oğlu boşanmadan sonra anası X1 yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ 360648 nömrəli 29 yanvar 2021-ci il tarixli X4 şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh oğlu arasında bağlanmış nikah 22 oktyabr 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/MT018/-23-01011 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddaçının izahatını, cavabdehin iddia tələbinə münasibət bildirməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün heç yerdə işləmədiyini cavabdehin isə uşağın məktəbli olmaqla təhsil və geyim xərclərinin olduğunu qeyd edərək uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdeh Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğlundan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq 19 iyun 2017-ci il tarixdə doğulmuş Mı̇ rı̇ mzayev Tunar Samı̇ r oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Nəsı̇ rli Fərqanə Rafı̇ q qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 05 iyun 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasına aid hissəsini də əsaslı hesab edir. Mediasiya haqqında Azərbaycan Respublı̇ kasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşə əlavə edilmiş mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasında iştirak etilməməsi barədə arayışdan görünür ki, Nəsı̇ rli Fərqanə Rafı̇ q qızı mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandılmış, ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, Mediasiya haqqında Azərbaycan Respublı̇ kasının Qanununun 36.5-ci maddəsinə əsasən cavabdeh Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğlundan ödənilmiş 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 05 iyun 2023-cü il tarixdən başlayaraq Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğlundan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq 19 iyun 2017-ci il tarixdə doğulmuş Mı̇ rı̇ mzayev Tunar Samı̇ r oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Nəsı̇ rli Fərqanə Rafı̇ q qızına verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğlundan mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat məbləği tutulsun və Nəsı̇ rli Fərqanə Rafı̇ q qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mı̇ rı̇ mzayev Samı̇ r İlahəddı̇ n oğlundan 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-740/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-740/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver