Məhkəmə qərarları › İş №2(037)-805/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-805/2024

24.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-805/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı İsmayıllı rayon Qalacıq bələdı̇ yyəsinin nümayəndəsi/vəkili Vəkil1, Cavabdeh2 və nümayəndəsi/vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İsmayıllı rayon Qalacıq bələdı̇ yyəsinin cavabdehlər Cavabdeh2 və İsmayıllı Rayon Notariat Ofisinə qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıllı rayon Qalacıq bələdı̇ yyəsi cavabdehlər Cavabdeh2 və İsmayıllı Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Qalacıq bələdı̇ yyəsi ilə İsmayıllı rayon Qalacıq kənd sakini Cavabdeh2 arasında 19 iyun 2014-cü ildə bağlanmış torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə yaranmış hüquqi nəticələrin ləğv edilməsi və cavabdeh tərəfindən bələdiyyəyə vurulmuş zərərin, yəni ödənilməmiş 9367 manat məbləğində icarə haqqının alınıb bələdiyyənin hesabına keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi/vəkili Vəkil1 məhkəmə iclasında barışıq sazişinin təsdiq olunması barədə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Barışıq sazişi: MÜQAVİLƏNİN PREDMETİ Tərəflər hazırki sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı göstərilən şərtlərlə həll edilməsini öz üzerlərinə götürürlər.

1. Mübahisə Azərbaycan Respublikası MM-nin 881-ci, MPM-nin 47, 52.3 və 191.1-ci maddələrinə istinadən aşağıdakı şərtlərlə həll edilir:

1. 1.1. X2 10 il üçün müəyyən edilmiş 6600 manat icarə haqqının ödənilmiş 650 manatı çıxılmaqla qalan 5950 (beş min doqquz yüz əlli) manatını 1 (bir) il ərzində hissə-hissə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin hesabına ödəyəcəyini öz öhdəsinə götürür. 1.2. İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri X1 icarəçi Cavabdeh2 qalan 5950 (beş min doqquz yüz əlli) manatı 1 (bir) il ərzində ödənilməsinə maneçilik törətməyəcəyini və gələcəkdə də bu məsələ ilə əlaqədar iddia qaldırmayacağını öz öhdəsinə götürür.

2. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Cavabdeh bunu aydın dərk edərək, məcburi icranı qəbul edir.

3. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

4. Cavabdeh barışıq sazişi qanuni qüvvəyə (qərardad qüvvəyə mindiyi andan) mindiyi tarixdən bir il müddətində bu sazişin 1.1-ci bəndində göstərilən 5950 (beş min doqquz yüz əlli) manatı 1 (bir) il ərzində hissə-hissə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin hesabına ödəyəcəyini üzərinə götürür.

5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

6. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilir.

7. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.

8. İddiaçı İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri X1 qəbul edir ki, icarəçi Cavabdeh2 qalan 5950 (beş min doqquz yüz əlli) manatı 1 (bir) il ərzində ödənilməsinə maneçilik törətməyəcək və gələcəkdə də bu məsələ ilə əlaqədar iddia qaldırmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı İsmayıllı rayon Qalacıq bələdı̇ yyəsinin cavabdehlər Cavabdeh2 və İsmayıllı Rayon Notariat Ofisinə qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

Barışıq sazişi:

MÜQAVİLƏNİN PREDMETİ Tərəflər hazırki sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı göstərilən şərtlərlə həll edilməsini öz üzerlərinə götürürlər.

1. Mübahisə Azərbaycan Respublikası MM-nin 881-ci, MPM-nin 47, 52.3 və 191.1-ci maddələrinə istinadən aşağıdakı şərtlərlə həll edilir:

1. 1.1. X2 10 il üçün müəyyən edilmiş 6600 manat icarə haqqının ödənilmiş 650 manatı çıxılmaqla qalan 5950 (beş min doqquz yüz əlli) manatını 1 (bir) il ərzində hissə-hissə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin hesabına ödəyəcəyini öz öhdəsinə götürür. 1.2. İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri X1 icarəçi Cavabdeh2 qalan 5950 (beş min doqquz yüz əlli) manatı 1 (bir) il ərzində ödənilməsinə maneçilik törətməyəcəyini və gələcəkdə də bu məsələ ilə əlaqədar iddia qaldırmayacağını öz öhdəsinə götürür.

2. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Cavabdeh bunu aydın dərk edərək, məcburi icranı qəbul edir.

3. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

4. Cavabdeh barışıq sazişi qanuni qüvvəyə (qərardad qüvvəyə mindiyi andan) mindiyi tarixdən bir il müddətində bu sazişin 1.1-ci bəndində göstərilən 5950 (beş min doqquz yüz əlli) manatı 1 (bir) il ərzində hissə-hissə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin hesabına ödəyəcəyini üzərinə götürür.

5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

6. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilir.

7. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.

8. İddiaçı İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri X1 qəbul edir ki, icarəçi Cavabdeh2 qalan 5950 (beş min doqquz yüz əlli) manatı 1 (bir) il ərzində ödənilməsinə maneçilik törətməyəcək və gələcəkdə də bu məsələ ilə əlaqədar iddia qaldırmayacaqdır. İddiaçı İsmayıllı rayon Qalacıq bələdı̇ yyəsinin cavabdehlər Cavabdeh2 və İsmayıllı Rayon Notariat Ofisinə qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar