Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-811/2023 11.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 11 avqust 2023-cü il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25 sentyabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, teleqram ünvanlayaraq himayəsində körpə uşaq olmaqla yolun uzaq olması ilə əlaqədar məhkəməyə gələ bilmədiyindən işə iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 15 oktyabr 2020-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 25 sentyabr 2021-ci il tarixdə X3 adlı bir övladları doğulmuşdur. 19 fevral 2023-cü il tarixədək cavabdehlə birgə İsmayıllı şəhəri Q.Məmmədov küçəsi ev 7 ünvanda yaşasalar da, aralarında baş vermiş münaqişə nəticəsində ayrılaraq bir uşağı ilə birgə atasının yaşadığı Quba rayonu Xucbala kəndinə gəlmişdir. Hazırda da uşağı ilə birgə atasının yanında yaşayır. Hazırda heç yerdə işləmir. 25 sentyabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, onun rəsmi iş yeri yoxdur. Ev təmiri işlərində elektrik işləməklə dolanışığını təmin edir. Himayəsində heç yerdə işləməyən, gəliri olmayan valideynləri vardır. Onların da dolanışığını təmin etmək də onun üzərinə düşür. Buna baxmayaraq uşağının saxlanması üçün ayda 120-130 manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçının özünün saxlanması üçün isə hər-hansı məbləğ ödəmək iqtidarında deyildir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AZ-T 040921 nömrəli xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında 15 oktyabr 2020-ci il tarixdə bağlanmış nikah İsmayıllı rayon Qeydiyyat şöbəsində 0112 sayla qeydə alınmışdır. AZ-İV 622126 nömrəli xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X3 adlı bir uşağı doğulmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ-MT-027-2023-00778 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. İddiaçı heç yerdə işləmədiyini qeyd edərək Milay adlı uşağın saxlanması üçün hər ay 220 manat alimentin, uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğinin alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh ev təmiri işlərində elektrik işləməklə dolanışığını təmin etdiyini, uşağının saxlanması üçün ayda 120-130 manat aliment ödəyə bildiyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını, iddiaçının özünün saxlanması üçün isə hər-hansı məbləğ ödəmək iqtidarında olmadığını qeyd edir. İddiaçının yanında 3 yaşı tamam olmamış uşaq olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay 160 manat sabir pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.4-cü maddəsinə əsasən ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Məcəllənin 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər (arvad) arasındakı sazişlə müəyyən edilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yanında 25 sentyabr 2021-ci il təvəllüdlü körpə uşaq olduğuna görə heç yerdə işləyə bilmir. Cavabdeh isə özünün deməsinə görə ev təmiri işlərində elektrik işləməklə zəruri vəsaitə malikdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, cavabdehin zəruri vəsaitə malik olmasını, iddiaçının yanında 3 yaşı tamam olmamış uşağının olmasını nəzərə alaraq cavabdehdən hər ay sabit pul məbləği ilə 50 (əlli) manat alimentin alınaraq uşağın 3 (üç) yaşı tamam olanadək iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 45 manat 20 qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respubliikası dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 22 iyun 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 25 sentyabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. 22 iyun 2023-cü il tarixdən başlayaraq X2 hər ay sabit pul məbləği ilə 50 (əlli) manat aliment alınaraq 25 sentyabr 2021-ci il tarixdə doğulmuş X1 3 (üç) yaşı tamam olanadək İddiaçı verilsin. Cavabdeh 45 (qırx beş) manat 20 (iyirmi) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respubliikası dövlət büdcəsinə keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-811/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-811/2023
11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver