Məhkəmə qərarları › İş №2(037)-877/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-877/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-877/2020 27.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsi barəsində alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən JN – 005A (KOD 40719028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan 0,27 hektar həyətyanı torpaq sahəsindən 2008-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,2009 hektar torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********31 nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsi ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqısatqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən JN – 005A (KOD 40719028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehlərin xüsusi mülkiyyətində olan 0,27 hektar həyətyanı torpaq sahəsindən 2008-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,2009 hektar torpaq sahəsinə **********31 reyestr nömrəsi ilə çıxarış alınmış həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Həmin vaxt qeyd olunan torpaq sahəsinin mülkiyyət hüququnu tanıyan sənədlər mülkiyyətçilərdə olmamışdır. Mülkiyyətçilərlə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqaviləsini rəsmiləşdirərlər. O, mülkiyyətçilərinin xahişi ilə 2005-ci ilin aprel ayında həmin torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmiş və bu barədə cavabdehlərlə aralarında sadə yazılı formada müqavilədə bağlamışlar. Bundan sonra torpaq sahəsi onun faktiki istifadəsinə verilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsinin mülkiyyət hüququnu tanıyan sənədlər sonradan hazırlanaraq cavabdehlərə təqdim edilmişdir. Torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Belə ki, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən yayındıqlarına görə alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməklə torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. O, qeyd edilən torpaq sahəsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Cavabdehlər və onların ailə üzvlərinin də hazırda həmin torpaq sahəsi ilə bağlı hər hansı tələbləri və ya iddiaları yoxdur. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən həmin torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır JN – 005A (KOD 40719028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı rayon X1 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarına əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə İsmayıllı rayonu ərazisindən 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. xx xxxxxx 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,2009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş xx xxxxx 2005-ci il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,2009 hektar həyətyanı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı İsmayıllı İsmayıllı kəndində yerləşən, JN – 005A (KOD 40719028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehlərin xüsusi mülkiyyətlərində olan 0,27 hektar həyətyanı torpaq sahəsindən 2008-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,2009 hektar torpaq sahəsinə **********31 reyestr nömrəsi ilə çıxarış alınmış həmin torpaq sahəsinin dəyərini tam şəkildə ödəməklə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər mülkiyyətində olan torpaq sahəsini iddiaçının faktiki istifadəsinə vermişlər. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin Notariat Kontoruna gəlmədiklərindən alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər arasında xx xxxxx 2005-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdehlərin özlərinə məxsus olan, İsmayıllı rayonu ismayıllı kəndində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsindən 0,2009 hektar hissəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satmaları və torpaq sahəsinin dəyərini tam şəkildə almaları qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə əqdin etibarlı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında əqdin notariat formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, cavabdehlərin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəmiş, bununla da qeyd edilən torpaq sahələsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. İddiaçı notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqd qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Cavabdehlər notariat kontoruna getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasının başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, JN – 005A (KOD 40719028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan 0,27 hektar həyətyanı torpaq sahəsindən 2008-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,2009 hektar torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********31 nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsi ilə bağlı İddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.4, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, JN – 005A (KOD 40719028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan 0,27 hektar həyətyanı torpaq sahəsindən 2008-ci il tarixdə dövlət qeydiyyatından keçməklə 0,2009 hektar torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********31 nömrə ilə çıxarış alınmış həmin torpaq sahəsi ilə bağlı İddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Abdı qızı, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar