Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-904/2021 03.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Məmmədov Çı̇ ngı̇ z Arı̇ f oğlu və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə 03 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32.8 kv.metr olan bir otaqlı mənzilə dair onunla cavabdeh Məmmədov Çı̇ ngı̇ z Arı̇ f oğlu arasında üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisində qeydə alınmış bağışlanma müqaviləsinin ləğv edilməsi və cavabdehə həmin mənzilə dair DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA Seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə prosesi zamanı iddiaçı ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini məhkəmə onların hazırki işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Məmmədov Çı̇ ngı̇ z Arı̇ f oğlu və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-904/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-904/2021
03.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver