Məhkəmə qərarları › İş №2(037)-908/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-908/2020

12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-908/2020 12.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(037)-64 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, xx xxxx 2010cu il tarixdə doğulmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yanında saxlanılmışdır. Bir müddət sonra cavabdehlə barışaraq birgə yaşamışlar və xx xxxx 2017-ci il tarixdə nikahlarını rəsmləşdirmişlər. xx xxxxxx 2016-cı il tarixdə X4 adlı üçüncü övladları doğulmuşdur. Cavabdehlə münasibətləri yenidən pozulduğundan bir ilə yaxındır ki, ayrı yaşayırlar. Ayrılarkən Adil adlı övladı cavabdehin, Nuray ilə Adəm onun yanında qalmışlar. O, heç yerdə işləmir. Cavabdeh isə özünə məxsus avtomaşını ilə rayondaxili sərnişin daşımaqla gəlir əldə edir. Ayrı yaşadıqları müddətdə cavabdeh onunla maraqlanmamış və iki uşağının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 170 manat – cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçının ondan xəbərsiz mobil telefondan istifadə etməsi münasibtələrinin pozulmasına səbəb olmuşdur. Ayrıldıqları vaxtdan xx xxxx 2010-cu il tarixdə doğulmuş X3 onun, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X4 isə iddiaçının yanında qalmışlar. Onun rəsmi iş yeri yoxdur. Özünə məxsus avtomaşınla rayondaxili sərnişin daşımaqla dolanışığını təmin edir. Özünün də yanında bir uşaq qalır. Buna baxmayaraq iddiaçının yanında qalan iki uşağın saxlanması üçün hər ay hər uşağa 60 manat, cəmi 120 manat sabit pul məbləğində aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. İsmayıllı rayon Məhkəməsinin 2(037)-64 nömrəli xx xxx 2013-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, xx xxxx 2010-cu il tarixdə doğulmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 iddiaçının yanında saxlanılmış və iki uşağın maddi təminatı üçün aliment təyin olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin nikahın bağlanması barədə akt qeydindən xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən edilir ki, tərəflər nikahlarını xx xxxx 2017-ci il tarixdə İsmayıllı RİHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyində 07 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. İsmayıllı rayon Qeydiyyat şöbəsinin doğumun qeydə alınması barədə xx.xx.2020-ci il tarixli arayışlarından müəyyən edilir ki, tərəflərin xx xxxx 2010-cu il tarixdə X3, xx xxxxxx 2011-ci il tarixdə X2 və xx xxxxxx 2016-cı il tarixdə X4 adlı üç uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. İddiaçı iki uşağın saxlanması üşün alimentin sabit pul məbləğində tutulmasını tələb etdiyinə görə cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə özünə məxsus avtomaşını ilə rayondaxili sərnişin daşımaqla gəlir əldə etdiyini, ayrı yaşadıqları müddətdə cavabdehin onunla maraqlanmadığını və iki uşağının maddi təminatının ödənilməsinə köməklik etmədiyini qeyd edərək iki uşağın maddi təminatı üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment təyin olunmasını xahiş edir. Cavabdeh rəsmi iş yerinin olmadığını, özünə məxsus avtomaşınla rayondaxili sərnişin daşımaqla dolanışığını təmin etdiyini, özünün də yanında bir uşağın qaldığını, iddiaçının yanında qalan iki uşağın saxlanması üçün hər ay hər uşağa 60 manat, cəmi 120 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini qeyd edir. İddiaçının yanında iki uşaq olduğundan, uşaqlara qulluq onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, bir uşaq da cavabdehin yanında yaşayır. Eyni zamanda uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının tələbini, yanında qalan iki uşağın mənafeyini, cavabdehin də yanında bir uşağın olduğunu, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə almaqla cavabdehdən hər ay hər uşağa 90 manat –cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan – xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 90 (doxsan) manat – cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləği ilə aliment alınaraq xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar