Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-929/2022 19.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı torpaq sahələri barədə alqı-satqı əqdlərinin etibarlı sayılması tələbinə dair mülki işə 19 sentyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdeh X1 mülkiyyətində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdeh X2 arasında və JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 2004-cü ilin sonlarında İsmayıllı rayonu Zeyvə kəndinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən satıldığını eşitmişdir. Torpaq sahələrinin yerləşdiyi əraziyə gəlmiş və torpaq sahələrinin bir-birinə qonşu olduğunu müəyyən etmişdir. Bundan sonra torpaq sahələrini bütöv bir ərazi kimi satın almaq üçün mülkiyyətçilərin hər biri ilə ayrı-ayrılıqda danışıb şifahi razılığa gəlmişdir. Həmin vaxt qeyd olunan torpaq sahələrinin mülkiyyət hüququnu tanıyan sənədləri hazır olmamışdır. Torpaq sahələrinin mülkiyyətçiləri ilə öz aralarında razılaşmışlar ki, mülkiyyət hüququnu tanıyan sənədlər hazır olduqdan sonra alqı-satqı müqavilələrini rəsmiləşdirərlər. Beləliklə o, 12 noyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdeh X1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini, 22 noyabr 2004-cü il tarixdə sadə yazılı müqavilə əsasında JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini almışdır. O, torpaq sahələrinin mülkiyyətçilərinin xahişi ilə həmin torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini onlara tam şəkildə ödəmiş və bu barədə aralarında qeyd etdiyi tarixlərdə sadə yazılı əqdlər bağlanmışdır. Bundan sonra torpaq sahələrinin mülkiyyətçilərinin hər biri özünün xüsusi mülkiyyətində olan torpaq sahəsini onun faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədləri də ona təqdim etmişlər. Həmin vaxtdan qeyd olunan torpaq sahələri onun faktiki istifadəsindədir. O, torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda həmin torpaq sahələrini öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlər və onların bütün ailə üzvlərinin Notariat Ofisinə gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlərin ailə üzvlərindən bəziləri başqa yerdə yaşadığından, bəziləri isə Notariat Ofisinə getməkdən müxtəlif bəhanələrlə yayındıqlarına görə alqı-satqı müqavilələrinin notarial qaydada təsdiqlənməklə torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı o, alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırki vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqısatqı əqdlərinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Ona görə də İsmayıllı rayonu Zeyvə kəndinin ərazisində yerləşən torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, yazılı izahat təqdim edərək özünün və ailə üzvlərinin birgə mülkiyyətlərində olan 2,15 hektar torpaq sahəsinin pulunu tam alaraq 22 noyabr 2004-cü il tarixdə İddiaçı satdıqlarını, onun və digər ailə üzvlərinin torpaq sahəsi ilə bağlı iddialarının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı”nın surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,45 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə cavabdeh X1 mülkiyyətinə verilmişdir. JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı”nın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 2,15 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə cavabdeh X2 arasında sadə yazılı formada tərtib edilmiş 12 noyabr 2004cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdeh özünə məxsus olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdığı və torpaq sahəsinin dəyərini tam şəkildə aldığı qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında sadə yazılı formada tərtib edilmiş 22 noyabr 2004cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşmada cavabdeh özünə və ailə üzvlərinə məxsus olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdığı və torpaq sahəsinin dəyərini tam şəkildə aldığı qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, Cavabdeh3 izahatını və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən, hazırki iddianın predmetinə aid olan 0,45 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə cavabdeh X1 və həmin ərazidə 2,15 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı ilə cavabdeh X2 arasında sadə yazılı formada tərtib edilmiş 12 noyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdeh özünə məxsus olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satmış və torpaq sahəsinin dəyərini tam şəkildə almışdır. Bundan başqa cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında sadə yazılı formada tərtib edilmiş 22 noyabr 2004-cü il tarixli “Müqavilə” adlandırılan yazılı razılaşma əsasında cavabdehlər özlərinə məxsus olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satmış və torpaq sahəsinin dəyərini tam şəkildə almışlar. İddiaçı həmin torpaq sahələrini dəyərini tam ödəmək şərti ilə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər müvafiq olaraq satdıqları torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçının cavabdehlərdən satın aldığı torpaq sahələri həmin vaxtdan indiyədək iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahələrinin notarial qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Ofisinə gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdehlər Notariat Ofisinə getməkdən yayındıqlarına görə alqı-satqı müqaviləsinin notarial qaydasında qeydə alınması və həmin daşınmaz əmlakların iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdeh X1 mülkiyyətində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdeh X2 arasında və JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflər arasında sadə yazılı formada tərtib edilmiş “Müqavilə” adlandırılan yazılı razılaşmalarda cavabdehlərin özlərinə və ailə üzvlərinə məxsus olan, İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən torpaq sahələrini qarşılıqlı razılaşmaya əsasən iddiaçıya satdıqları və torpaq sahəsinin dəyərini tam şəkildə aldıqları qeyd edilmişdir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Cavabdeh3 yazılı izahat göndərərək özünün və ailə üzvlərinin birgə mülkiyyətlərində olan 2,15 hektar torpaq sahəsinin pulunu tam alaraq 22 noyabr 2004-cü il tarixdə İddiaçı satdıqlarını, onun və digər ailə üzvlərinin torpaq sahəsi ilə bağlı iddialarının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdeh X1 mülkiyyətində olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin tam dəyərini 12 noyabr 2004-cü il tarixdə cavabdeh Gülnəzər İsrəfilova və eyni zamanda da JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olmaqla İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsinin tam dəyərini 22 noyabr 2004-cü il tarixdə Cavabdeh2 ödəmiş və qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla da iddiaçı notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışlar. Tərəflər arasında sadə yazılı formada bağlanmış əqdlər qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Hazırki vəziyyətdə cavabdehlər Notariat Ofisinə getməkdən yayındıqlarına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahələri barəsində iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması, həmin əqdlərdən əmələ gələn hüquqların başqa qaydada qeydə alınması mümkün deyildir. Məhkəmə işin faktiki hallarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi təmin edilməli, JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdeh X1 mülkiyyətində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində iddiaçı Zeynalov Faı̇ q Abbas oğlu ilə cavabdeh X2 arasında və JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində iddiaçı Zeynalov Faı̇ q Abbas oğlu ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış alqı-satqı əqdlərinin etibarlı sayılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-0064 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdeh X1 mülkiyyətində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0,45 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində iddiaçı Zeynalov Faı̇ q Abbas oğlu ilə cavabdeh X2 arasında və JN-0084 Kod 40728038 nömrəli “Torpağa mülkiyyət X4 Aktı” əsasında cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 2,15 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi barəsində iddiaçı Zeynalov Faı̇ q Abbas oğlu ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış alqı-satqı əqdləri etibarlı sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-929/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-929/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver