Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-946/2023 30.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə 30 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı qərəzli və qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun alınaraq ona verilməsi və ona qarşı qanunsuz hərəkətlərinə görə üzərinə üzr istəməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehdən 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla ümumilikdə 10000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki,xx.xx.1995-xx.xx.1996-cı illərdə keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İsmayıllı rayon Talıstan kəndi üzrə sosial xidmət işçisi işləmişdir. 07 aprel 2000-ci il tarixda keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 31 saylı əmri ilə yenidən həmin vəzifəyə təyin olunmuş və fasiləsiz olaraq xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləmişdir.20.07 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklərlə əlaqədar xx.xx.2020-ci il tarixli **********0 saylı əmrlə işdən azad olunmuş,25 gündən sonra yenidən xx.xx.2020-ci il tarixli **********5 saylı əmrlə həmin işə yenidən qəbul olunmuşdur və 11 avqust 2020-ci il tarixdə onunla bir illik müddətə əmək müqaviləsi bağlanmışdır. Lakin əmək müqaviləsinin müddəti bitdikdən və üç ay da ötdükdən sonra onu heç bir hüquqi əsas olmadan əmrlə işdən azad etmişlər. O,ümumilikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında İsmayıllı rayon Talıstan kəndi üzrə 23 il ərzində sosial xidmətçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. 23 il ərzində bir dəfə də olsa işinə görə tənbeh olunmamışdır, əksinə dəfələrlə təltif olunmuş, pul mükafatı verilmişdir. Xidmət etdiyi tənha ahıl yaşlı şəxslərdən 23 il ərzində bir nəfər də olsa xidmətindən narazı qalmamış,hər hansı formada ondan şikayətçi olmamış, əksinə daim ondan razı qaldıqlarını bildirmişlər.Beləliklə də qeyd edilən təşkilatla onun arasında bağlanmış əmək müqaviləsi müddətsizdir.İşdən çıxarılmağının səbəbi isə o zaman fəaliyyətdə olmuş Sosial Xidmətlər Agentliyinin 20 saylı filialın baş mütəxəsisi - hazırkı iş üzrə Cavabdeh 2021-ci ildə bir neçə dəfə onu idarəyə dəvət edərək ondan hər aylıq maaşının 100 manatının ona verilməsini istəmişdir. Bu mümkün olmadıqda idarəyə gələn yoxlamanın "yola salınması” üçün ondan 300 manat istəmişdir.Bütün hallarda o bundan imtina etmiş, işində heç bir nöqsanın olmadığını bildirmiş, halal zəhmətinə görə ödənilən əmək haqqını nə üçün kiməsə verməlidir deyərək Fuadın tələbindən imtina etmişdir. Bu səbəbdən Cavabdeh digər işçi yoldaşlarının yanında onun barəsində hədələyici faktlar söyləyərək onu birdaha bu idarədə işləməyə qoymayacağını demişdir. Həmin iş yoldaşı məhkəmədə dediklərini təsdiq edəcəkdir.Beləliklə da, Cavabdeh 2021-ci ilin sentyabr ayında xidmət etdiyi qocaların sayını heç bir əsas olmadan saxta yolla azaldaraq cəmi üç nəfər olması barədə baş idarəyə yalan məlumat vermişdir. Halbu ki, onun xidmət etdiyi tənha ahıl şəxslərin sayı həmin vaxt faktiki olaraq 7 nəfər olmuşdur.2022-ci ilin yanvar ayının 3-də də Talıstan kənd icra nümayəndəliyinin arayışı ilə qeyd edilən kateqoriya şəxslərin 7 nəfər olması barədə arayış da verilmişdir. O və bir neçə nəfər sosial xidmət işçisi Fuad müəllimin qanunsuz hərəkətləri barədə Bakı şəhərinə gedib Sosial Xidmət Agentliyinə şikayətlə müraciət etmişlər. Nəticədə Cavabdeh qanunsuz hərəkəti təsdiq olunduğundan və özü də əməlini etiraf etdiyindən onun özünü də işdən azad etmişlər.Ona Sosial Agentliyin nəzarət şöbəsinin müdiri Məmmədəli müəllim bildirdi ki, Fuad işdən azad edilib,təqsirini etiraf edib ərizə yaz səni 2022-ci ilin yanvar ayının 1-dən işə götürəcəklər. Lakin bu baş vermədiyindən o işə bərpa olunmağı barədə iddia ərizəsi ilə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməmişdir. O qətnamədən Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(103)- 6244/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh təşkilatın kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş 16 mart 2023-cü il tarixli 2(102)-828/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2 (103)- 6244/2022 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Beləliklə də haqq-ədalət öz yerini tutmuş, onun qanunsuz işdən çıxarılmağı təsdiq olunmuşdur. Bütün bu başına gətirilən bəlaların səbəbkarı isə Cavabdeh nazirliyə onun xidmət nəzarətində olmuş 7 nəfər kimsəsiz ahıl yaşlı qocaların sayının saxta yolla qərəzçilik əsasında azaldılaraq 3 nəfər olması barədə yalan məlumat verməsi olmuşdur. Bununla da cavabdehin ona qarşı qərəzli və qanunsuz hərəkəti nəticəsində qanunsuz olaraq işdən azad edilmişdir. Nəticədə onun Konstitusion hüquqları pozulmuş, himayəsində iflic xəstəsi olan 64 yaşlı həyat yoldaşı qalmaqla onun müalicə xərclərini qarşılamaq mümkün olmamış, maddi sıxıntılardan və işini itirməkdən mənəvi iztirablar keçirmişdir.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan maddi zərəri 5000 manat və mənəvi zərəri isə 5000 manat məbləğində qiymətləndirir.Hesab edir ki,cavabdeh ona vurulan maddi və mənəvi zərəri ödəməlidir. Eyni zamanda cavabdeh etdiyi bu qanunsuz hərəkətlərə görə ondan üzr istəməlidir. O, cavabdehin ona qarşı qərəzli və qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınıb ona verilməsi və cavabdeh tərəfindən ona qarşı qanunsuz hərəkətlərinə görə üzərinə ondan üzr istəməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o şəkər xəstəliyinə tutulmuş, başında müxtəlif ağrılar əmələ gəlmiş və yaxın müddətdə əməliyyat olunmalıdır. Ona görə də ona dəymiş 5000 manat maddi ziyanın heç olmasa üçdə ikisini versin, mənəvi ziyan tələb etmir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədi və göstərdi ki, xx.xx.2020-ci il tarixdən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında baş mütəxəssis vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Agentlikdə işlədiyi dövrdə İddiaçı Mərkəzin İsmayıllı rayon Talıstan kənd üzrə sosial xidmət işçisi olmuş, Agentliyin xx.xx.2020-ci il taxili əmri ilə işdən azad olunmuşdur. İddiaçının ərizədə göstərdikləri tamamilə əsassızdır, belə ki, işlədiyi müddətdə Agentlik tərəfindən ona hər hansı inzibati,intizam tənbehi verilməmiş,iddiaçı tərəfindən onun barəsində Agentliyə edilmiş şikayətlər öz təsdiqini tapmamışdır.İddiaçının işdən azad olunması və yenidən işə bərpa olunmasında onun hər hansı qanunsuz hərəkətləri olmamışdır.Ona görə də iddianın rədd edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Cülyan kəndində yaşayır. Sosial Xidmətlər Agentliyinin İsmayıllı rayonu üzrə Mərkəzində 29 il xidmətçi vəzifəsində işləmişdir. Mərkəz Agentlik olandan sonra isə həmin idarədə 1 il işləmişdir.Cavabdeh işlədiyi Mərkəzdə baş mütəxəssis vəzifəsində, İddiaçı isə Mərkəzin İsmayıllı rayon Talıstan kənd üzrə sosial xidmət işçisi vəzifəsində işləmişlər. Cavabdeh ona ərizə yazaraq işdən çıxmasını,sonradan isə həmin işə qayıdacağını bildirdikdən sonra ərizə yazaraq öz təşəbbüsü ilə işdən çıxmışdır. Cavabdeh onu işinə qaytaracağına söz versə də,sözünə əməl etməyərək onu işinə qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını,şahid ifadəsini,işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(004)-3309/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh "Sosial Xidmətlər Agentliyi" X4rşı cavabdeh "Sosial Xidmətlər Agentliyi" X7 **********7 nömrəli,xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması,onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yerinə bərpa olunması,əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi tarixdən iş yerinə bərpa olunduğu günə kimi məcburi iş buraxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6244/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3309/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı ilə cavabdeh "Sosial Xidmətlər Agentliyi" X9 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında **********7 nömrəli,xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi,tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməklə İddiaçı sosial xidmətçi vəzifəsinə bərpa edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-828/2023 saylı qərarından görünür ki,Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6244/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 02 noyabr 2021-ci il tarixli, **********3 nömrəli əmrinin surətindən görünür ki, Sosial Xidmətlər Agentliyinin 20 saylı filiyalında baş mütəxəssis vəzifəsində çalışan Cavabdeh 02 noyabr 2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-xx.xx.2021-ci iş ilinə görə 10 noyabr 2021-ci il tarixindən 23 noyabr 2021-ci il tarixinədək 14 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 08 dekabr 2021-ci il tarixli, **********0 nömrəli əmrinin surətindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Sosial Xidmətlər Agentliyinin 20 saylı filiyalında baş mütəxəssis vəzifəsində çalışan Cavabdeh ilə xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Cavabdeh öz ərizəsi əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən xx.xx.2021-ci il tarixinə son haqq hesabı ödənilməklə 08 dekabr 2021ci il tarixli, **********0 nömrəli əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 5000 manat maddi və 5000 manat mənəvi ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə,məhkəmə tərəflərin izahatlarının və şahid ifadəsinin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında sosial xidmət işçisi, cavabdeh isə baş mütəxəssis vəzifəsində işləmişdir. Belə ki,iddiaçı ilə Agentlik arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş, lakin tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti əvvəl müəyyən olunmuş müddətə xx.xx.2021-ci il tarixə uzadılmış,xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq tərəflər əmək münasibətlərini davam etdirdiklərindən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən iddiaçını xx.xx.2021-ci il tarixdə vəzifədən azad edilmiş, işçiyə son haqq-hesab ödənilmişdir. Bundan sonra iddiaçı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmiş,birinci,apelyasiya və kassasiya instansiyalarında işə baxılmış və nəticədə iddiaçı işə bərpa edilmişdir. Göründüyü kimi iddiaçı işdən azad olunmasını məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verdiyini, bundan sonra işə bərpa edilməsi üçün müxtəlif instansiya məhkəmələrində hüquqlarını müdafiə etməsi üçün vəsait xərcləyərək maddi ziyana uğradığını, eyni zamanda bu proseslərdə xəstələnməsini və dolayısı ilə ona mənəvi ziyan dəyməsini bildirsə də sözügedən hallar məhkəmə iclası zamanı, işdə olan sənədlər və digər iş materialları ilə öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki,iddiaçının tələbinin əsaslı olması üçün cavabdeh tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxslər kimi məhkəmə tərəfindən tanınmalıdır.Eləcə də,vurulmuş maddi ziyanla cavabdehin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o hal da iddiaçının ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Belə ki, iddiaçının əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi ilə bağlı birinci, apelyasiya və kassasiya instansiyaları məhkəmələrində işə baxılan zaman ümumiyyətlə Cavabdeh qanunsuz hərəkətləri barədə iddiaçı hər hansı dəlil irəli sürməmiş,işdən azad olunmasına əsas olmuş əmək müqaviləsinin müddətli bağlanması halını mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçı işdən azad olunması və öz hüquqlarını bərpa etmək üçün müxtəlif instansiya məhkəmələrinə müraciət etməsi məhkəmə iclasında öz təsdiqini tapsa da, lakin iddiaçının işdən çıxarılmasında cavabdehin qanunsuz hərəkətlərinin olması, iddiaçının məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, habelə iddiaçının xəstəliyə tutulması cavadehin hər hansı digər hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsi mötəbər sübutlarla təsdiq olunmadı. Ona görə də məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki,heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığından,mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi,çəkişmə,tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olduğundan, hazırkı mübahisənin düzgün həll edilməsi,yalnız tərəflərin çəkişməsi yolu ilə müzakirə edilmiş dəlillər,onların verdiyi izahatlar və sənədlər əsasında mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 5000 manat maddi və 5000 manat mənəvi ziyan vurması sübuta yetirilmədiyindən,iddiaçının cavabdehə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş,iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-946/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-946/2023
30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver