Məhkəmə qərarları › İş №2(037)-969/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-969/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-969/2023 04.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Müsənnı̇ f qızının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Müsənnı̇ f qızının cavabdeh İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Müsənnı̇ f qızı cavabdeh İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 mart 2018-ci il tarixdə doğulmuş İsmı̇ yeva Nuray Nı̇ yaməddı̇ n qızının və 30 iyul 2019-cu il tarixdə doğulmuş İsmı̇ yev Rəsul Nı̇ yaməddı̇ n oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Müsənnı̇ f qızı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (anası) Nümayəndə təmsil etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, tərəflər arasında münasibətlər pozulduğu üçün müəyyən müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Cavabdehin ailəyə baxmaması, ona qarşı kobud rəftar etməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. Uşaqlar azyaşlı olduğundan iddiaçı özü heç yerdə işləyə bilmir. İddiaçı və övladları onun himayəsində yaşayırlar. Cavabdeh isə Cəlilabad şəhərində memar-dizayner işləməklə yüksək aylıq gəlirə malikdir. Cavabdehin aylıq gəliri 5000-6000 manat civarındadır və 1000 manata qədər aliment ödəyə bilər. Amma cavabdehin aylıq gəlirinin miqdarı barədə heç bir sübutu yoxdur. Tərəflər ayrı yaşadıqları müdətdə cavabdeh ailəsi ilə maraqlanmayıb və uşağının maddi təminatının ödənilməsinə köməklik etməyibdir. Ona görə də o, cavabdeh İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğlundan 19 mart 2018-ci il tarixdə doğulmuş İsmı̇ yeva Nuray Nı̇ yaməddı̇ n qızının və 30 iyul 2019-cu il tarixdə doğulmuş İsmı̇ yev Rəsul Nı̇ yaməddı̇ n oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Müsənnı̇ f qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğlu məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 316133 nömrəli 10 sentyabr 2019-cu il tarixli və AZ-İV 316134 nömrəli 10 sentyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin 19 mart 2018-ci il tarixdə İsmı̇ yeva Nuray Nı̇ yaməddı̇ n qızı və 30 iyul 2019-cu il tarixdə İsmı̇ yev Rəsul Nı̇ yaməddı̇ n oğlu adlı iki övladı doğulmuşdur. AZ-İ 433905 nömrəli 10 sentyabr 2019-cu il tarixli və AZ-İ 433906 nömrəli 10 sentyabr 2019-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamələrin surətlərindən müəyyən edillir ki, İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğlu 19 mart 2018-ci il təvəllüdlü İsmı̇ yeva Nuray Nı̇ yaməddı̇ n qızının və 30 iyul 2019-cu il təvəllüdlü İsmı̇ yev Rəsul Nı̇ yaməddı̇ n oğlunun atası hesab edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT/-23-034 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının nümayəndəsi cavabdehin Cəlilabad şəhərində memar-dizayner işləməklə yüksək qazanc əldə etməsini bildirsə də, cavabdehin iş yeri və aylıq gəlirləri barədə heç bir sübut təqdim edə bilmədiyindən cavabdehin digər gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçının nümayəndəsi iddiaçının uşaqları azyaşlı olduğundan heç yerdə işləyə bilmədiyini, cavabdehin isə yüksək aylıq gəlirə malik olduğunu qeyd edərək uşaqların saxlanması üçün hər ay hər uşağa 300 (üç yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdeh İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğlundan hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 19 mart 2018-ci il təvəllüdlü İsmı̇ yeva Nuray Nı̇ yaməddı̇ n qızının və 30 iyul 2019-cu il təvəllüdlü İsmı̇ yev Rəsul Nı̇ yaməddı̇ n oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Müsənnı̇ f qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 16 avqust 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 63 (altmış üç) manat, 20 (iyirmi qəpik) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 16 avqust 2023-cü il tarixdən başlayaraq İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğlundan hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 19 mart 2018-ci il təvəllüdlü İsmı̇ yeva Nuray Nı̇ yaməddı̇ n qızının və 30 iyul 2019-cu il təvəllüdlü İsmı̇ yev Rəsul Nı̇ yaməddı̇ n oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Müsənnı̇ f qızına verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. İsmı̇ yev Nı̇ yaməddı̇ n Azad oğlundan 63 (altmış üç) manat, 20 (iyirmi qəpik) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar