Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-979/2024 14.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Bayramova Zülfı̇ yyə Mursal qızının cavabdeh Məhərrəmlı̇ Babək Tahı̇ r oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 14 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Bayramova Zülfı̇ yyə Mursal qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 noyabr 2020-ci il təvəllüdlü Məhərrəmlı̇ Səyyarə Babək qızı və 28 sentyabr 2021-ci il təvəllüdlü Məhərrəmlı̇ Polad Babək oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh Məhərrəmlı̇ Babək Tahı̇ r oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı Bayramova Zülfı̇ yyə Mursal qızı məhkəməyə teleqram ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı Bayramova Zülfı̇ yyə Mursal qızı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Bayramova Zülfı̇ yyə Mursal qızının cavabdeh Məhərrəmlı̇ Babək Tahı̇ r oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-979/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-979/2024
14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver