Məhkəmə qərarları › İş №2(037)-990/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-990/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-990/2024 04.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Qulı̇ yeva Gülarə Şahı̇ n qızının, Cavabdeh Tapdiq oğlunun iştirakı ilə İddiaçı Qulı̇ yeva Gülarə Şahı̇ n qızının Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qulı̇ yeva Gülarə Şahı̇ n qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qulı̇ yeva Gülarə Şahı̇ n qızı izahat verərək göstərdi ki, Cavabdeh ilə qeyrirəsmi birgə yaşamışlar. 08 iyul 2021-ci il tarixdə X2 adlı bir övladları doğulmuşdur. 11 oktyabr 2021-ci il tarixdə cavabdehin Uğur adlı övladı üzərində atalığı müəyyən edilmişdir. Uşaq hazırda onun himayəsindədir. Özü fərdi evlərdə təmizlik işləri görməklə dolanışığını təmin edir. Cavabdeh isə toylarda müğənni və kameraman işləməklə yüksək gəlir əldə etməsinə baxmayaraq ötən müddət ərzində övladı ilə maraqlanmamış, onun saxlanması üçün heç bir köməklik etməmişdir. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçının tələb etdiyi aliment məbləğlərini ödəmək imkanı yoxdur. Özü heç yerdə işləmir. Uşağın saxlanması üçün 100 (yüz) manat aliment ödəyə biləcəyini bildirir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 622127 nömrəli 11 oktyabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 08 iyul 2021-ci il tarixdə X2 adlı bir uşağı doğulmuşdur. AZ-İ 403856 nömrəli 11 oktyabr 2021-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh X1 atası hesab edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ- MT-035/2023-172 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı özünün heç yerdə işləmədiyini, cavabdehin isə müğənni və kameraman işləməklə yüksək gəlir əldə etdiyini qeyd edərək Uğur adlı uşağın saxlanması üçün hər ay 235 manat aliment təyin olunmasını tələb edir. Cavabdeh heç yerdə işləmədiyini, bir uşağının saxlanması üçün ayda 100 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edir. İddiaçının yanında azyaşlı uşağın olması, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, uşaqlar üçün yaşayış minimumunu, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay 200 (iki yüz) manat sabir pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 16 iyul 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq 08 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qulı̇ yeva Gülarə Şahı̇ n qızına verilsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar