Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-997/2025 07.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar Qədı̇ rov Yurı̇ st Paşa oğlu,Qədı̇ rova Zeynab Heydər qızı, Qədı̇ rov Yunı̇ s Yurı̇ st oğlu və Qədı̇ rov Coşqun Yurı̇ st oğlunun cavabdehlər Tapduqov Sudeyı̇ f Yusı̇ f oğlu, Mehtı̇ yev Mehti İmran oğlu, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 07 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar Qədı̇ rov Yurı̇ st Paşa oğlu,Qədı̇ rova Zeynab Heydər qızı, Qədı̇ rov Yunı̇ s Yurı̇ st oğlu və Qədı̇ rov Coşqun Yurı̇ st oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş, ********* qeydiyyat nömrəli, **********27 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli MH seriyalı №0003939 nömrəli çıxarışa əsasən birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Bizlan kəndi ərazisində yerləşən 1.0277 hektar əkin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 satılmasına dair İsmayıllı rayon Dövlət Notariat Ofisində təsdiq edilərək reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçılar Qədı̇ rov Yurı̇ st Paşa oğlu, Qədı̇ rova Zeynab Heydər qızı, Qədı̇ rov Yunı̇ s Yurı̇ st oğlu və Qədı̇ rov Coşqun Yurı̇ st oğlu məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisəli torpaq sahəsi ilə bağlı qarşılıqlı olaraq razılığa gəldiklərini, hazırda cavabdehlərə qarşı tələb və şikayətlərinin olmadığını, cavabdehlərə qarşı irəli sürdükləri iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmədiklərini, iddia ərizəsi və əlavə edilmiş sənədlərin onlara geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda,məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər,yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçılar Qədı̇ rov Yurı̇ st Paşa oğlu, Qədı̇ rova Zeynab Heydər qızı, Qədı̇ rov Yunı̇ s Yurı̇ st oğlu və Qədı̇ rov Coşqun Yurı̇ st oğlu tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən iddiaçıların vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı Qədı̇ rov Yurı̇ st Paşa oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar Qədı̇ rov Yurı̇ st Paşa oğlu,Qədı̇ rova Zeynab Heydər qızı, Qədı̇ rov Yunı̇ s Yurı̇ st oğlu və Qədı̇ rov Coşqun Yurı̇ st oğlunun cavabdehlər Tapduqov Sudeyı̇ f Yusı̇ f oğlu, Mehtı̇ yev Mehti İmran oğlu, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı Qədı̇ rov Yurı̇ st Paşa oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-997/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-997/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver