Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-10/2025 07.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X14 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın himayəsində saxlanılması və aliment öhdəliyindən azad edilmə» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yardımlı rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsinin qızı X10 olan nisbətdə icra edilməsi mümkün olmadığından qızı . onun himayəsində saxlanılması və . münasibətdə təyin edilmiş aliment öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildə qeyrirəsmi evlənərək nikahlarını 22 iyun 2016-cı ildə 03 nömrə ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından 06 may 2016-cı il tarixdə X13 və 17 dekabr 2018-ci ildə X11 adlı uşaqları doğulmuşdur. Yardımlı rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(038)-303/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən X6 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq X13 ondan alınaraq hər iki uşağın ananın himayəsində saxlanılması qərara alınmışdır. . və Kamilin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh xeyrinə verilməsi qərara alınmışdır. Qətnamədə alimentin tutulması X7 aid hissədə məhkəməyə müraciət edildiyi vaxtdan, X8 isə faktiki ondan alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanmalı olduğu qeyd edilmişdir. Lakin qızı . Yardımlı rayon icra və probasiya şöbəsinin icra məmurlarının bütün səylərinə baxmayaq anası ilə getməkdən imtina etmiş və onunla yaşamağı seçmişdir. Sonunda Yardımlı rayon icra və probasiya şöbəsi qətnaməni həmin hissədə icra edilməsi mümkün olmadığından Yardımlı rayon məhkəməsinə qaytarmışdır. O, Yardımlı rayonu Şilavangə kəndində valideynləri ilə birlikdə yaşayır, qızı .da onunla yaşayır, həmin kənddə məktəbə gedir, onun sinif yoldaşları, çoxlu dostları vardır, dərslərini yaxşı oxuyur və onunla xoşbəxt yaşayır. Odur ki, Yardımlı rayon məhkəməsinin qətnaməsinin .a olan nisbətdə icra edilməsi mümkün olmadığından, qızı . onun himayəsində saxlanılması və ona münasibətdə aliment öhdəliyindən azad edilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, qızı . faktiki olaraq onunla yaşayır, digər uşağa isə aliment ödəyir. Cavabdehin iştirakı olmadan işə baxılmasına etirazının olmadığını nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Yardımlı rayon Şilavangə kənd tam orta məktəbinin ibtidai sinif müəllimi X3 iştirakı ilə fikri soruşulan 06 may 2016-cı il tarixdə doğulmuş X13 göstərdi ki, hal-hazırda atasının yanında qalır, 8 yaşı var, Şilavangə kənd tam orta məktəbində 3-cü sinifdə oxuyur, müəllimi Amir müəllimdir, anasını onu atıb getdiyinə görə istəmədiyini, atasını isə daha çox sevdiyinə görə atasının yanında saxlanılmasını xahiş edir. Məhkəmə iclasında Yardımlı rayon Şilavangə kənd tam orta məktəbinin ibtidai sinif müəllimi X5 izahatında göstərdi ki, o, üç ildir ki Şilavangə kənd tam orta məktəbində .a dərs deyir, həmçinin . sinif rəhbəridir. . dərsə davamiyyəti çox yaxşıdır. . dərsləri ilə bağlı sinif rəhbəri kimi onun babası və atası ilə davamlı olaraq əlaqə saxlayır. Həmçinin . atası Şamil hər həftə uşağın dərsləri ilə bağlı ona zəng edərək maraqlanır. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin Cavabdeh məxsus elektron kabinetdə yerləşdirilməsinə, həmçinin SMS bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsindən görünür ki, xx xxxx 1986-cı il tarixdə doğulmuş İddiaçı ilə xx xxxxxx 1998ci ildə doğulmuş Cavabdeh arasında 22 iyun 2016-cı ildə 03 nömrə ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş nikah pozulması, birgə nikahdan olan 17 dekabr 2018-ci il tarixdə doğulmuş X11 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq 06 may 2016-cı il tarixdə doğulmuş X13 atası İddiaçı alınaraq hər iki uşağın anası Cavabdeh himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi, alimentin tutulması X7 aid hissədə məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 13 dekabr 2021-ci il tarixdən, X8 isə faktiki atadan alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanması barədə qətnamə çıxarılmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə Yardımlı rayonu Şilavangə kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli, 5-81-14/2-411 nömrəli arayışdan görünür ki, X13 hal-hazırda Şiləvəngə kəndində daimi qeydiyyatda olmaqla Şilavangə kəndində atası İddiaçı himayəsində yaşayır. 09 iyun 2021-ci il tarixli «Akt»dan görünür ki, 09 iyun 2021-ci il tarixdə Şiləvəngə kəndində ailədaxili münaqişə zəminində İddiaçı arvadı Bələdiyyə sədrinin iştirakı ilə öz ata evinə Cəlilabad rayonun Göytəpə şəhərinə sürücü X2 maşını ilə göndərilmiş lakin X13 yolda ağlayaraq atasının yanına qayıtmaq istədiyi üçün sürücü ilə geri qaytarılmış və hazırda atası İddiaçı ilə birlikdə yaşayır. Şiləvəngə kənd Q.Ə.Xəlilov adına tam orta məktəbi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 15 nömrəli arayışdan görünür ki, X13 01 oktyabr 2022-ci ildə məktəbin hazırlıq qrupuna qəbul edilmiş və hal-hazırda həmin məktəbin 3-cü sinfində təhsilini davam etdirir. 13 may 2024-cü il tarixli aktdan görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(038)-303/2021 saylı icra sənədi üzrə birgə nigahdan olan 17 dekabr 2017-ci il tarixdə doğulmuş X11 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq 06 may 2016-cı il tarixdə doğulmuş X13 atası İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməlidir. xx.xx.2024-cü il tarixdə borclu İddiaçı yuxanda qeyd olunan icra sənədinin icrasından ötrü qızı . anasının himayəsinə verilməsini təmin etmək üçün Yardımlı rayon İcra və probasiya şöbəsinə gətirmiş, lakin icra prosesinin yeri və zamanı barədə tələbkar Cavabdeh rəsmi və şifahi şəkildə məlumat verilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən prosesə gəlməmişdir. Tələbkar Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəli telefona xx.xx.2024-cü il tarixdə saat 11:24-də zəng olunmuş, lakin Cavabdeh icra və probasiya şöbəsinə gələ bilməyəcəyini bir daha təsdiqləmişdir. Odur ki, icra sənədi üzrə tələbi icra etmək mümkün olmamışdır. 20 iyun 2024-cü il tarixli aktdan görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(038)-303/2021 saylı icra sənədi üzrə birgə nigahdan olan 17 dekabr 2017-ci il tarixdə doğulmuş X11 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq 06 may 2016-cı il tarixdə doğulmuş X13 atası İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməlidir. xx.xx.2024-cü il tarixdə borclu İddiaçı yuxarıda qeyd olunan icra sənədinin icrasından ötrü qızı . anasının himayəsinə verilməsini təmin etmək üçün Yardımlı rayon İcra və probasiya şöbəsinə gətirmiş, lakin icra prosesinin yeri və zamanı barədə tələbkar Cavabdeh rəsmi və şifahi şəkildə məlumat verilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən prosesə gəlməmişdir. Tələbkar Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəli telefona xx.xx.2024-cü il tarixdə saat 11:23-də 2 dəfə zəng olunmasına baxmayaraq, o, hər 2 halda zəngi sonlandırmaqla təlefon əlaqəsindən imtina etmişdir. Həmçinin, qeyd edilən tarixdə, saat 11:21 radələrində hazırki icra prosesi ilə bağlı Yardımlı Rayon İcra və Probasiva Şöbəsinə gəlib-gəlməyəcəyi barədə istifadəsində olan mobil nömrənin WhatsApp hesabına yazılmış sorğunu da Cavabdeh oxusa da sorğuya cavab verməmişdir. Məhz bu səbəblərə görə icra sənədi üzrə tələbi icra etmək mümkün olmamışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu keçirilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Yardımlı rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş Kamilın anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq . atasından alınaraq hər iki uşağın ananın himayəsində saxlanılmışdır. . və Kamilin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hazırki iddiaçıdan tutularaq hazırki cavabdehin xeyrinə verilməsi, alimentin tutulmasının Kamil adlı uşağa aid hissədə məhkəməyə müraciət edildiyi vaxtdan, . adlı uşağa aid hissədə isə faktiki olaraq uşağın ananın himayəsinə verildiyi vaxtdan hesablanmalı olduğu qeyd edilmişdir. Məhkəmə aktı qanuni qüvvəyə mindiyi gündən etibarən . adlı uşağın məhkəmə qətnaməsinə uyğun olaraq anası, hazırki cavabdehə təhvil verilməsi üçün bir neçə dəfə cəhd edilmiş, lakin sonuncu qətnamənin icrasından üzrsüz səbəbdən yayınmış və həmin uşaq hazırki vaxtadək atası İddiaçı yanında qalır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatm. uşaqların valideynlərinin hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olm. maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvesiyasının 8ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatm. uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.1-ci bəndində qeyd olunmuşdur ki, Yetkinlik yaşına çatm. uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaş. valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.6-cı bəndində göstərilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatm. uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş . adlı uşaq faktiki olaraq atanın yanında yaşamışdır. 13 may və 20 iyun 2024-cü il tarixlərdə qətnamənin . anasına qaytarılması hissəsində icra edilməsi ilə əlaqədar tərəflər Yardımlı rayon İcra və Probasiya Şöbəsinə çağırılsalar da Cavabdeh çağırışlara gəlməmiş və qətnamənin icra edilməsi mümükün olmamışdır. Müəllim-pedoqoq Yardımlı rayon Şilavangə kənd tam orta məktəbinin ibtidai sinif müəllimi X3 iştirakı ilə fikri soruşulan . halhazırda da atasının yanında yaşadığını və atasının yanında qalmaq istədiyini bildirmişdir. Göründüyü kimi nikahın pozulmasından və tərəflərin ayrılmasından artıq 4 ilə yaxın müddət keçmiş və artıq . adlı uşaq atasının yaşayış şəraitinə uyğunlaşmışdır. Anası Cavabdeh uşağın özünün himayəsinə aparılması ilə bağlı hər hansı cəhd etməmişdir. Belə olan halda uşağın məhkəmə qətnaməsi ilə ananın himayəsində saxlanılması uşağın psixoloji durumuna mənfi təsir edə, onun inkişafına mane ola bilər. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından 06 may 2016-cı il tarixdə doğulmuş X13 atası İddiaçı himayəsində saxlanılmalıdır. X13 atası, hazırki iddiaçının yanında saxlanıldığından . X4 Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsi ilə X1 üçün müəyyən edilmiş aliment öhdəliyindən də azad edilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X13 atası İddiaçı himayəsində saxlanılsın. İddiaçı . X4 Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 06 may 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120(bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəmək öhdəliyindən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(038)-10/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-10/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver