Məhkəmə qərarları › İş №2(038)-107/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-107/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-107/2023 06.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1oğlunun katibliyi ilə, İddiaçı , Müəllim-psixoloq X14 iştirakı ilə. İddiaçı cavabdeh X5 qarşı uşağın yanında saxlanılması və aliment tutulmasının icrasının dayandırılması tələbinə dair mülki işə Yardımlı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı 08 mart 2011-ci il təvəllüdlü X1 yanında saxlanılması və Yardımlı rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(038)-38/2021 saylı qətnaməsi ilə ondan tutulan alimentin icrasının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə 05 aprel 2011-ci il tarixdə Yardımlı rayon İHB-nin Şıxlar İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Bigə nikahdan 08 mart 2011-ci il təvəllüdlü X6 və 23 may 2016-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Yardımlı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(038)-38/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış, uşağların yetkinlik yaşına çatanədək saxlanılmaları üçün hər uşağa görə hər ay 100 manat olmaqla ümumulikdə 200 manat sabit pul məbləğində aliment ondan alınaraq X5 verilməsi qət edilmişdir. 06 iyun 2022-ci il tarixədək alimenti tam ödəmişdir. xx.xx.2011-ci il təvəllüdlü qızı X6 anasından ayrılaraq öz razılığı ilə xx.xx.2022-ci il tarixdə onun yanına gəlmişdir. Hazırda onun himayəsində yaşayır təlim tərbiyəsi ilə məşğul olur. Hazırda heç bir yedə işləmir, uşağın saxlanılması üçün çətinlik çəkir. Odur ki, onun tərəfindən ödənilən alimentin dayandırılması və cavabdeh X4 onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunu uyğun izahat verdi və uşağın 2022-ci ilin iyun ayından etibarən onunla yaşadığını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Üçüncü şəxs Yardımlı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2011-ci il təvəllüdlü X2 müəllim-psixoloq X14 iştirakı ilə fikri məhkəmə baxışı iclasında öyrənilərkən o, 06.06 2022-ci il tarixdən öz razılığı ilə atası İddiaçı himayəsində yaşadığını, maddi-təminatının, qayğılarının atası tərəfindən təmin olunduğunu və atasının yanında yaşamaq istədiyini bildirdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 08 mart 2011-ci ildə anadan olmuş atası İddiaçı anası X8r. Yardımlı rayon İHB-nin Şıxlar İƏD üzrə nümayəndəliyindən verilmiş 27 oktyabr 2022-ci il tarixli arayıçından görünür ki, X9 2022-ci ilin iyun ayının altısından atası İddiaçı himayəsində olmaqla hal-hazırda Şıxlar kəndində yaşayır. Yardımlı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(038)-38/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş, 08 mart 2011-ci il təvəllüdlü X6 və 23 may 2016-ci il təvəllüdlü X7 anası X4 himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 100 manat olmaqla ümumulikdə 200 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq X5 verilməsi qət edilmişdir. Yardımlı rayon İHB Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 22 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, 08 mart 2011-ci il təvəllüdlü X1 atası İddiaçı himayəsində qalması məqsədəuyğundur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş faktiki hallarından məlum olur ki, halhazırda tərəflər ayrılmış, Yardımlı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(038)- 38/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş, həmin qətnamə əsasında 08 mart 2011-ci il təvəllüdlü X6 və 23 may 2016-ci il təvəllüdlü X7 anası X4 himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 100 manat olmaqla ümumulikdə 200 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq X5 verilməsi qət edilmişdir. Lakin uşaq 08 mart 2011-ci il təvəllüdlü X6 hazırda 2022-ci il ilin iyun ayından atasının himayəsində yaşayır. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci və 49.3-cü maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması və hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1. və 50.2.-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.1., 51.2., 51.4. və 51.7.-ci maddələrinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər, bu Məcəllə ilə nəzərədə tutulmuş hallarda isə müvafiq icra hakimiyyti orqanı ( yerli icra hakimiyyətlərinin, qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təsiri tərbiyyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları), 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1.-60.3.-cü maddələrində göstərilir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyyəsində onların istimarına, təhqir edilməsinə mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüququnu həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrini müəyyən edir. Belə ki, Ailə Məcəlləsinin 58.1.-58.6.-cı maddələrinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 63.1. -63.3.-cü maddələrinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” BMT-in 12 noyabr 1989-cu il tarixli konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Konvensiyada uşaqların hər bir yerdə (ayrı-seçkilik qoyulmadan) malik olduqları əsas insan hüquqları göstərilir: yaşamaq hüququ, hərtərəfli inkişaf etmək hüququ, zərərli təsirlərdən, pis rəftardan və istismardan müdafiə olunmaq hüququ, ailə həyatında mədəni və sosial həyatda tam iştirak etmək hüququ. Bundan başqa Konvensiya səhiyyə, təhsil və hüquq, mülki və sosial xidmət sahələrində standartlar müəyyən etmək vasitəsilə uşaqların hüquqlarını qoruyur. Konvensiya iştirakçısı olan dövlətlər bütün tədbir və siyasətlərini uşaqların yüksək maraqları baxımından hazırlamağa borcludurlar. Bundan başqa, iştirakçı dövlətlər uşağın öz iradəsi əleyhinə valideynlərindən ayrılmamasını (əgər belə ayrılma uşağın yüksək maraqları üçün zəruri deyilsə), bir və ya hər iki valideynindən ayrılmış uşağın hər iki valideynlə şəxsi əlaqələri qorumaq və müntəzəm qaydada bir başa təmasda olmaq hüququna hörmət edilməsini təmin etməlidir (əgər bu, uşağın yüksək maraqlarına zidd deyilsə). Həmçinin “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühütündə böyüməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Avropa İnsan Hüquqları Məhkəməsinin Şahin Almaniyaya qarşı” 08 iyul 2003-cü il tarixli məhkəmə qərarında göstərilir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uyğın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynin maraqlarından üstün tutula bilər. Valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetiriə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Nərmin Cahangirli atrıq uzun müddətdir atasının yanında daimi olaraq yaşayır. O, öz fikrində də atası ilə yaşamaq istədiyini bildirmişdir. Belə olan halda onun hal-hazırda emosional olaraq atasına bağlıdır. Atanın uşağın mmənafeyinə zidd həərəkəti müəyyən olunmur. Uşaqların ən yaxşı mənafeyi onların qayğı obyektidir. Ona görə də, məhkəmə qeyd edir ki, uşaq halhazırda ana himayəsində deyil, atasının yanında yaşaması onun mənafeyinə daha çox uyğundur. Yardımlı rayon məhkəmsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə uşaq anasının yanında saxlanılsa da, hazırda vəziyyət dəyişmişdir. Ailə münasibətləri davamedici xarakter daşıdığına görə, uşaq hazırkı vəziyyətdə atasının yanında saxlanılmalıdır. Bundan başqa İddiaçı Nərmin Cahangirliyə münasibətdə aliment öhdəliyindən azad edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İşin hallarından göründüyü kimi, 06 iyun 2022-ci il tarixdən Nərmin Cahangirli aliment öhdəliyi olan atasının yanında yaşayır və həmin tarixdən sonra yaranmış aliment borcu Nərmin Cahangirliyə münasibətdə üzürlü hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. 08 mart 2011-ci ildə anadan olmuş X6 atası İddiaçı yanında saxlanılsin. Yardımlı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(038)-38/2021 saylı qətnaməsi üzrə 08 mart 2011-ci ildə anadan olmuş X3 hər ay 100 manat sabit pul məbləğində alimentın alınıb X5 verilməsi hissəsində İddiaçı 06 iyun 2022-ci il tarixdən sonra yaranmış aliment borcundan azad edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar