Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-198/2023 18.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X16 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, İddiaçı, Cavabdeh, Müəllim-X1nun iştirakları ilə. İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanılması və aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanılması və aliment tələbi barədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsinı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nigahlarını rəsmi olaraq qeydiyyata aldırmışlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. O, Cavabdeh ilə əvvəllər mehriban yaşasa da, sonradan ailə münasibətləri pozulmuş, Cavabdeh ilə bir-birlərini başa düşməmələri və xasiyyətlərinın uyğun gəlmədiyi səbəbindən xx.xx.2021-ci il tarixdə Yardımlı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanılmış nikah pozulmuş, uşaqların istəyinə uyğun olaraq birgə nikahdan doğulmuş uşaqlar ataları Cavabdeh yanında saxlanılmışdır. Lakin, cavabdeh uşaqların onun himayəsinə verilməsinə baxmayaraq onlara lazimi qaydada baxmaması və maraqlanmamasına görə o, uşaqlarını öz himayəsinə almış və artıq 1 ilə yaxındır ki, uşaqlar onun yanında yaşamaqla təhsil alırlar. Ona görə də, cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqların onun yanında saxlanılması və himayəsinə verilməsi, həmçinin onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla ümumilikdə 880 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, uşaqlar hazırda ananın himayəsində yaşayırlar və o, uşaqların ananın himayəsində qalmasına etiraz etmir. Lakin, işləmədiyinə görə uşaqların saxlanılması üçün aliment ödəməyə razı deyil. Ona görə də, iddia tələbinin uşaqların ananın himayəsində saxlanılması tələbi hissəsində təmin, aliment tələbi hissəsində isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yardımlı rayon Gavran kənd tam orta məktəbinin psixoloqu X9 iştirakı ilə fikrləri soruşulan xx.xx.2007-ci il tarixdə doğulmuş X6, xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2010-cu il tarixdə doğulmuş X11 və xx.xx.2012-ci il tarixdə doğulmuş X8 anaları İddiaçı yanında saxlanılmalarını məhkəmədən xahiş etdilər. X1 uşaqların müstəqil fikir ifadə etdiklərini bildirmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2007-ci ildə, X10 xx.xx.2008-ci ildə, X11 xx.xx.2010-cu ildə və X8 xx.xx.2012-ci ildə anadan olmuşdur. Uşaqların anası İddiaçı, atası Cavabdehdur. Yardımlı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(038)-308/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 14 aprel 2008-ci il tarixli, 10 nömrəli nikah akt qeydi pozulmuş və birgə nikahdan xx.xx.2007-ci il tarixdə doğulmuş X6, xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2010-cu il tarixdə doğulmuş X11 və xx.xx.2012-ci il tarixdə doğulmuş X8 ataları Cavabdeh yanında saxlanılmışlar. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yardımlı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(038)-308/2021 saylı qətnaməsi tərəflər arasında bağlanmış 14 aprel 2008-ci il tarixli, 10 nömrəli nikah akt qeydi pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar öz razılıqları ilə ataları Cavabdeh yanında saxlanılmışlar. Hal-hazırda isə uşaqlar faktiki olaraq anaları İddiaçı yanında yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” BMT-in 12 noyabr 1989-cu il tarixli konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Konvensiyada uşaqların hər bir yerdə (ayrı-seçkilik qoyulmadan) malik olduqları yaşamaq hüququ, hərtərəfli inkişaf etmək hüququ, zərərli təsirlərdən, pis rəftardan və istismardan müdafiə olunmaq hüququ, ailə həyatında mədəni və sosial həyatda tam iştirak etmək əsas insan hüquqları göstərilir. Bundan başqa Konvensiya səhiyyə, təhsil və hüquq, mülki və sosial xidmət sahələrində standartlar müəyyən etmək vasitəsilə uşaqların hüquqlarını qoruyur. Konvensiya iştirakçısı olan dövlətlər bütün tədbir və siyasətlərini uşaqların yüksək maraqları baxımından hazırlamağa borcludurlar. Bundan başqa, iştirakçı dövlətlər uşağın öz iradəsi əleyhinə valideynlərindən ayrılmamasını (əgər belə ayrılma uşağın yüksək maraqları üçün zəruri deyilsə), bir və ya hər iki valideynindən ayrılmış uşağın hər iki valideynlə şəxsi əlaqələri qorumaq və müntəzəm qaydada bir başa təmasda olmaq hüququna hörmət edilməsini təmin etməlidir (əgər bu, uşağın yüksək maraqlarına zidd deyilsə). Həmçinin “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühütündə böyüməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Yardımlı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(038)-308/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulduqdan sonra azyaşlı uşaqların fikri nəzərə alınaraq uşaqlar atalarının yanında saxlanılmışlar. Lakin, cavabdeh uşaqların onun himayəsinə verilməsinə baxmayaraq onlara lazimi qaydada baxmaması səbəbindən iddiaçı, uşaqlarını öz yanına gətirmiş və 1 ilə yaxındır ki uşaqlar faktiki olaraq iddiaçının yanında yaşayırlar. İddiaçı uşaqların onun yanında saxlanılmasını və onların saxlanılması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh isə uşaqların ananın himayəsində saxlanılmasına razı olsa da aliment ödəməyə razı deyil. Ayrı-ayrılıqda fikirləri soruşulan uşaqlar hal-hazırda analarının yanında yaşamaq istəyirlər. Ona görə də tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqlar ananın himayəsində yaşamalıdır. Azyaşlı uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqlar hal-hazırda ananın yanında yaşadığı üçün aliment tələbi təmin olunarkən, cavabdehin də maddi, ailə, sosial vəziyyəti nəzərə alınmalıdır. Ona görə də məhkəmə diqqətəlayiq halları nəzərə alaraq, aliment miqdarının hər ay bir uşaq üçün 100 manat olmaqla ümumilikdə 400 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il tarixdə doğulmuş X6, xx.xx.2008-ci il tarixdə doğulmuş X10, xx.xx.2010-cu il tarixdə doğulmuş X11 və xx.xx.2012-ci il tarixdə doğulmuş X8 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2007-ci il tarixdə doğulmuş X2, xx.xx.2008-ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 01 mart 2023-cü il tarixdən hesablansın və qətnamənin aliment tələbi hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X16
Məhkəmə qərarları › İş №2(038)-198/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-198/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver