Məhkəmə qərarları › İş №2(038)-198/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-198/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-198/2025 01.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2012-ci ildə anadan olmuş X10, 27 aprel 2014-cü ildə anadan olmuş X6, 07 may 2016-cı ildə anadan olmuş X11 və 20 fevral 2019-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci ildən faktiki nikahda ər-arvad olaraq yaşamışlar. Cavabdehlə faktiki nikahlardan 27 aprel 2012-ci ildə X10, 27 aprel 2014-cü il tarixdə X6, 07 may 2016-cı il tarixdə X11 və 20 fevral 2019-cu il tarixdə X12 adında uşaqları anadan olmuşdur. Hər bir uşağının atalığı müəyyən edilmiş və Yardımlı rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsada sonradan münasibətləri pozulmağa başlamışdır. Cavabdeh ona və uşaqlara qarşı pis rəftar göstərmiş, onların yanında mütəmadi olaraq digər bir xanımla telefonla danışmışdır. Sonradan müəyyən etmişdir ki, cavabdeh həmin xanımla münasibət qurmuş və bütün qazancını həmin xanıma xərcləyir. Cavabdeh ailəyə baxmır, ailəni dolandırmır və uşaqların maddi təminatını ödəmir. Cavabdehə dəfələrlə iradını bildirmiş, uşaqların və ailənin saxlanması üçün maddi imkanının olmadığını, uşaqlara və ailəyə bir ata kimi qayğı göstərməyi bildirdikdə, onu söyüb təhqir etmişdir. Sonuncu dəfə 26 oktyabr 2024-cü il tarixdə cavabdehlə aralarında olan mübahisədən sonra cavabdeh uşaqları öz yanında saxlayaraq onu evdən çıxardıb qovmuş və bir daha «gözümə görünmə» demişdir. O məcbur olub valideyinlərinin yanına qayıtmışdır. Bir müddətdən sonra Yardımlı Rayon İcra hakimiyyətindən ona zəng edilərək Bəhruzun azyaşlı uşaqları kimsəsizlər evinə vermək istəməsi barədə məlumat verilmişdir. O uşaqları özü saxlamaq istədiyini bildirmişdir və həmin vaxtdan da uşaqlar onun himayəsində yaşayırlar. O heç bir yerdə işləmir. Uşaqların maddi təminatını ödəyə bilmir. Cavabdeh isə uşaqlara biganə yanaşır və yardım göstərmir. Artıq vəziyyətləri dözülməz həddə çatdığından ayrılmaq məcburiyyətində qalmışdır. Aralarında mediasiya prossesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Cavabdeh uşaqların maddi təminatını ödəməməkdə israrlıdır və bir valideyin kimi vəzifələrini icra etmir. Bu səbəbdən uşaqların maddi təminatını ödəməkdən ötəri məhkəmə qaydasında cavabdehdən aliment tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinə uyğun izahat verərək cavabdeh ilə faktiki nikahlarından doğulmuş, Zəhra, Zülfiyyə, Nuray, Günay adlı uşağların himayəsində olduğunu, cavabdehin onlara maddi yardım göstərmədiyini bildirərək, cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddia tələbində göstərilmiş hər ay hər uşağa görə 250 manat məbləğində alimentin azaldılmasını, hər ay hər uşağa görə 105 manat olmaqla, ümumilikdə 420 manat məbləğində alimentin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansısa məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, 20 fevral 2019-cu ildə Yardımlı rayon Yardımlı qəsəbəsində İddiaçı doğulmuş X3 atası Cavabdeh hesab edilmişdir. Bu barədə 07 mart 2019-cu il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində 32 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X12 20 fevral 2019cu ildə Yardımlı rayon Yardımlı qəsəbəsində anadan olmuşdur. Bu barədə 07 mart 2019cu ildə Yardımlı rayon Qeydiyyat şöbəsində 119 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, 07may 2016-cı ildə Yardımlı rayon Yardımlı qəsəbəsində İddiaçı doğulmuş X4 atası Cavabdeh hesab edilmişdir. Bu barədə 17 may 2016-cı il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində 52 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X11 07 may 2016-cı ildə Yardımlı rayon Yardımlı qəsəbəsində anadan olmuşdur. Bu barədə 17 may 2016-cı ildə Yardımlı rayon Qeydiyyat şöbəsində 205 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, 27 aprel 2012-ci ildə Yardımlı rayon Yardımlı qəsəbəsində İddiaçı doğulmuş X5 atası Cavabdeh hesab edilmişdir. Bu barədə 17 may 2012-ci il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində 46 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X10 27 aprel 2012ci ildə Yardımlı rayon Yardımlı qəsəbəsində anadan olmuşdur. Bu barədə 17 may 2012-ci ildə Yardımlı rayon Qeydiyyat şöbəsində 235 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, 27 aprel 2014-cü ildə Yardımlı rayon Yardımlı qəsəbəsində İddiaçı doğulmuş X1 atası Cavabdeh hesab edilmişdir. Bu barədə 11 iyun 2014-cü il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində 88 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Yardımlı rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X6 27 aprel 2014cü ildə Yardımlı rayon Yardımlı qəsəbəsində anadan olmuşdur. Bu barədə 11 iyun 2014-cü ildə Yardımlı rayon Qeydiyyat şöbəsində 245 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin faktiki nikah münasibətindən Zəhra, Zülfiyyə, Nuray, Günay adlı dörd uşaqları doğulmuşdur. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2012ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,25 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,25 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar