Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-266/2025 06.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 06 may 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb mənə verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2015-ci ildə qeyri-rəsmi evlənərək nikahları 22 iyun 2016-cı ildə 03 nömrə ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişdir. Birgə nikahdan 06 may 2016-cı il tarixdə X6 və 17 dekabr 2018-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(038)-303/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Qətnaməyə əsasən X2 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq X6 ondan alınaraq hər iki uşağın anasının himayəsində saxlanılması qərara alınmışdır. Ayanın və Kamilin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120(bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240(iki yüz qırx) manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh xeyrinə verilməsi qərara alınmışdır. Alimentin tutulması X4 aid hissədə məhkəməyə müraciət etdiyi vaxtdan, X3 isə faktiki ondan alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanmalı idi. Lakin qızı Ayan Yardımlı rayon icra və probasiya şöbəsinin icra məmurlarının bütün səylərinə baxmayaq anası ilə getməkdən imtina etdi və onunla yaşamağı seçdi. Sonunda Yardımlı rayon icra və probasiya şöbəsi qətnaməni həmin hissədə icra edilməsi mümkün olmadığından Yardımlı Rayon Məhkəməsinə qaytardı. Qızı Ayanın onun himayəmdə saxlanılması barədə məhkəməyə müraciət etmiş və Yardımlı Rayon Məhkəməsinin 01 yanvar 2025-ci il tarixli, 2(038)- 10/2025 saylı qətnaməsi ilə iddia təmin edildi, Cavabdeh ilə birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X6 onun himayəsində saxlanıldı. Uşağın saxlanılması barədə aliment tələbi ilə əlaqədar mediasiya şurasına miidaciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlməmişdir. (Masallı 1 saylı Mediasiya şurasının xx.xx.2025-ci il tarixli arayışı) 2025-ci il üçün uşağa görə yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Ona görə də Cavabdeh qızı Ayanın saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmiş, əlavə olaraq göstərmişdir ki, Uşağların saxlanılması üçün aliment tələbini müdafiə edir və 250 manat aliment tələb eddiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək təqdim etdiyi sənədə əsasən sağlamlığında yaranmış problemlərə görə və həkimin təyinatına əsasən may ayının 17-nə qədər həkim nəzarəti altında olduğuna görə məhkəmə prosesinin 2 ay mütdətində uzadılmasını xahiş edmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin ) 172.1.1-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulmasına dair işlərə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə MPM-nin 172.1.1-ci maddəsinin tələbinin nəzərə alaraq, işin məhkəmə baxılma müddətinin 19 may 2025-ci il tarixdə bitməsini və ötən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz təqdim edilməməsi, habelə məhkəmə iclasında cavabdehin iştirakının videokonfrans vasitəsilə təmin olunmasına dair vasatətinin olmaması nəzərə alınaraq, iddiaçı işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsindən görünür ki, xx xxxx 1986-cı il tarixdə doğulmuş İddiaçı ilə xx xxxxxx 1998ci ildə doğulmuş Cavabdeh arasında 22 iyun 2016-cı ildə 03 nömrə ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş nikah pozulması, birgə nikahdan olan 17 dekabr 2018-ci il tarixdə doğulmuş X5 anasının himayəsində olması nəzərə alınmaqla digər uşaq 06 may 2016-cı il tarixdə doğulmuş X6 atası İddiaçı alınaraq hər iki uşağın anası Cavabdeh himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi, alimentin tutulması X4 aid hissədə məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 13 dekabr 2021-ci il tarixdən, X3 isə faktiki atadan alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablanması barədə qətnamə çıxarılmışdır. Yardımlı Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 2(038)-10/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X3 atası İddiaçı himayəsində saxlanılması və İddiaçı Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 06 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120(bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəmək öhdəliyindən azad edilməsi qət edilmişdir. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, X6 atası – İddiaçı ilə birlikdə yaşayır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 may 2016-cı ildə doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. Ödəniş qəbzlərindən görünür ki, mediasiya prosesində iştirak üçün İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahından Ayan və Kamil adlı adlı iki uşağı doğulmuşdur. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını, habelə Yardımlı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(038)-303/2021 saylı qətnaməsi ilə Cavabdeh himayəsində olan X1 üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsini nəzərə alaraq hesab edir ki, 06 may 2016-cı təvəllüdlü X3 da yetkinlik yaşına çatanadək saxlanılması üçün eyni məbləğdə yəni, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,3 misli miqdarında aliment (sonrakı artımlar nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin: 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 120 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1440 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, ümumilikdə 34,4 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 34,4 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 34,4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X3, xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,3 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, həmçinin iddiaçı alment tələbinə dair iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumundan azad edildiyindən, qeyd olunan iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilməli olan 34,4 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 06 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, (sonrakı artımlar nəzərə alınmaqla) hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,3 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilməli olan 34,4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimetin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(038)-266/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-266/2025
06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver