Məhkəmə qərarları › İş №2(038)-281/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-281/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-281/2025 06.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X13 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və X7 adlı uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 246 manat, cəmi 738 manat, habelə mediasiya xərcinə görə 60 manat tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh X8 ilə xx.xx.2009-cu il tarixdə rəsmi ailə qurmuş və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və X7 adlı uşaqları doğulmuşdur. Uşaqlar hazırda onun yanında yaşayırlar. Cavabdeh ailəyə baxmamış, uşaqlara baxmamış, ailəni ataraq Bakı şəhərinə getmişdir. Cavabdeh ailəyə uzun müddətdir ki, baxmır və valideynlik borcunu icra etmir. O uşaqları təkbaşına valideynlərinin köməkliyi ilə saxlayır. Cavabdeh valideynlik vəzifələrini icra etmir. Cavabdeh Bakı şəhərində yaşayır və işləyir, maddi vəziyyəti yaxşıdır, lakin uşaqlarına baxmaq istəmir. 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən olunmuşdur. Uşaqları saxlamaq valideyn olaraq cavabdehin borcudur. Cavabdehlə aralarında mediasiya prosesi keçirilmiş, cavabdeh olmadığı üçün prosesə xitam verilmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Neman Mirhüseyn oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin ailəsinə qayıtmasından ötrü yüksək məbləğdə aliment kəsilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin nə iddiaçı, nə də cavabdeh məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, həyat yoldaşı Cavabdeh 8 aydır ki, övladlarının ehtiyacını ödəmir. Məhkəmənin çağırışına gəlməyəcəyini bildirir. Cavabdeh aylıq gəlirinin 3000 manat olduğunu, bir ayın gəlirini verib söhbəti bağlayacağını, məhkəmənin ona heç nə pul ayırmayacağını bildirir. Məhkəmə iddiaçının nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmasını, cavabdehə isə istər SMS, istərsə də poçt vasitəsilə bildiriş göndərməklə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmədə iştirak etməməsini və nəzərə alaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı xx 25 noyabr 2009-cu ildə rəsmi nikaha daxil olmuş və nikah Yardım rayon İHB-nın Yolacaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 25 nömrəli ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə Yardımlı rayonu Yolocaq kəndində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Yardımlı şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Yardımlı rayonu Separadi kəndində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Ödəniş qəbzlərindən görünür ki, mediasiya prosesində iştirak üçün İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahından Rüqayyyə, Nasir və Fatimə adlı adlı üç uşağı doğulmuşdur. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2012ci təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,375 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının nümayəndəsinin çıxışına qiymət verərək, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 3000 manatdan çox gəlirinin olmasını, buna görə də üç uşağın saxlanılması üçün cavabdehdən hər ay 738 manat məbləğində pul vəsaitinin tutulmalı olmasını bildirsə də, lakin bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından həmin sübutları təqdim etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 450 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 5400 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, ümumilikdə 74 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 74 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 74 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,375 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, həmçinin iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı alment tələbinə dair iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumundan azad edildiyindən, qeyd olunan iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilməli olan 74 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,375 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilməli olan 74 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimetin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar