Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-302/2023 22.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi X1 İddiaçı X2 cavabdeh X3 qarşı təyin edilmiş alimentin müəyyən edilmiş miqdarının azaldılmas tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdeh X3 qarşı Yardımlı Rayon Məhkəməsinə iddia ərizəsi göndərərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin müəyyən edilmiş miqdarının azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı X2 dövlət rüsumunu Yardımlı Rayon Məhkəməsinin hesabına ödəməli olduğu halda, səhvən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı X2 cavabdeh X3 qarşı təyin edilmiş alimentin müəyyən edilmiş miqdarının azaldılmas tələbinə dair iddia ərizəsi MPM-nin 152-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X2 cavabdeh X3 qarşı Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin müəyyən edilmiş miqdarının azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X1
Məhkəmə qərarları › İş №2(038)-302/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-302/2023
22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver