Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-32/2025 15.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 14 iyun 2022-ci il təvəllüdlü X2 və 14 oktyabr 2023-cü il təvəllüdlü X4 18 yaşına çatanadək salanılmaları üçün hər ay hər uşağa görə 235 manat aliment tutularaq ona verilməsi, həmçinin 14 oktyabr 2023-cü il təvəllüdlü X6 3 yaşına çatana kimi cavabdehdən onun üçün hər ay 270 manat aliment alınması, alimentin tutulmasına məhkəməyə müraciət etdiyi vaxtdan başlanılması, həmçinin mediasiya ilə bağlı ödədiyi 60 manat, dövlət rüsumuna görə ödədiyi 50 manat pulun da məhkəmə xərcləri kimi cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2019-cu ilin iyun ayında el adəti üzrə toy edərək faktik ailə həyatı qurmuş, onun valideynlərinə məxsus Yardımlı rayonu Yolacaq kəndində yerləşən evə gəlin köçmüşdür. Ailə üzvlərinin razılığı ilə cehizlərini də həmin evə yerləşdirmişdir. Cavabdehlə nikahı isə 23 noyabr 2020-ci il tarixdə 1 saylı Sumqayıt «Asan xidmət» X3 rəsmi qeyd etdirmişdir. Birgə yaşadıqları dövrdə 14 iyun 2022-ci il təvəllüdlü Qaraşzadə Məhəmmədəli və 14 oktyabr 2023-cü il təvəllüdü Qaraşzadə Zəhra adlı iki uşağı olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Artıq vəziyyət dözülməz həddə çatdığından ayrılmaq məcburiyyətində qalmışdır. Bir neçə dəfə ayrılsalar da, barışmışlar. Sonuncu dəfə cari ilin sentyabr ayının 28-də uşaqları ilə birlikdə atası evinə qayıtmışdır. Həmin, vaxtdan uşaqları təkbaşına böyüdür. Hazırda cavabdehlə olan nikahları formal xarakter daşıyır, bundan sonra ailənin bərpası da mümkün deyildir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, yaşayış minimum məbləği 235 manat olduğu üçün alimentin də həmin məbləğdə tutulmasını tələb edir. O köməklik edir, əlildir, gücü çatmır. Cavadeh qeyri rəsmi olaraq usta işləyir.Rəsmi işləməsi barədə sənədi yoxdur. 850 manat məbləğində sosial yardım alırdı. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansısa məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X7 arasında bağlanmış nikah 23 noyabr 2020-ci il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1783 nömrə ilə qeydə alınmışdır. Ərə Qaraşov, arvada Qaraşova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14 iyun 2022-ci il tarixdə Yardımlı rayon Yolocaq kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 oktyabr 2023-cü il tarixdə Yardımlı rayon Yolocaq kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Məhəmmədəli və Zəhra adlı iki uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından 14 iyun 2022-ci il təvəllüdlü X1 və 14 oktyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,5 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, alimentin məbləği hesablanarkən qanunvericiliklə hər il üçün müəyyən edilmiş minimum əmək haqqına uyğun hesablanmalıdır. Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən: 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad Qeyd olunan hüquq normasının tələbi baxmından məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 14 oktyabr 2023-cü il təvəllüdlü X6 3 yaşına çatmamışdır. Belə olan halda iddiaçının himayəsində olan Zəhra Qaraşova 3 yaşına çatanadək cavabdehdən özünün saxlanılması üçün aliment tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Zəhra Qaraşova 3 yaşına çatanadək cavabdehdən iddiaçının saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı mediasiya xərcini ödədiyindən 60 manat mediasiya xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməli, lakin iddiaçı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunu tələb etsə də, rüsmun onun tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından iddia bu hissədə rədd edilməlidir. Alimentlə bağlı iddiaların verilməsi ilə bağlı iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, 68 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından 14 iyun 2022-ci il təvəllüdlü X2 və 14 oktyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,5 misli miqdarında aliment, habelə Zəhra Qaraşova 3 yaşına çatanadək İddiaçı özünün saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment və mediyasiya ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği hesablanarkən alimentin ödənilməsinin bağlanğıcı ilə məhkəmə aktının qəbul edildiyi illərlə bağlı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğində fərq olduğu halda hər il üzrə ayrıca hesablanmalı, alimentlə bağlı iddiaların verilməsi ilə bağlı iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, 68 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildə doğulmuş X1 və xx.xx.2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,5 misli miqdarında aliment, xx.xx.2023-cü ildə doğulmuş X4 3 yaşına çatana kimi İddiaçı özünün saxlanması üçün hər ay 50 (əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği hesablanarkən alimentin ödənilməsinin bağlanğıcı ilə məhkəmə aktının qəbul edildiyi illərlə bağlı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğində fərq olduğu halda alimentin məbləği hər il üzrə ayrıca hesablansın. Mediyasiya ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentlə bağlı iddiaların verilməsi ilə bağlı iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, 68 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(038)-32/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-32/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver