Məhkəmə qərarları › İş №2(038)-390/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-390/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-390/2024 27.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın onun yanında qalması, aliment öhdəliyindən azad olunması və aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2015-ci ildə doğulmuş X8 və 13 may 2017-ci ildə doğulmuş X4 onun yanında saxlanılmaları, Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi üzrə 27 aprel 2015-ci ildə doğulmuş X12 və 13 may 2017-ci ildə doğulmuş X6 görə təyin edilmiş aliment öhdəliyindən azad olunması və uşaqların saxlanmaları üçün hər ay 200 manat olmaqla, hər iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahı pozulmuş və birgə nikahdan 27 aprel 2015-ci ildə doğulmuş X15 və 13 may 2017-ci ildə doğulmuş X13 adlı uşaqları Cavabdeh himayəsində saxlanmışdır. Məhkəmənin qeyd edilən qənaməsi ilə uşaqların ondan alınıb Cavabdeh yanında saxlanmaları və saxlanması üçün ondan aliment alınıb verilməsi də müəyyən edilmişdir. Nikah pozulmamışdan əvvəl aralarında olan narazılıqla bağlı cavabdehlə ayrılmış və həmin vaxtdan da uşaqları onun himayəsində qalmışdılar. Qətnamənin icrası olaraq o, uşaqları Cavabdeh könüllü olaraq vermək istəsə də, Cavabdeh öz razılığı ilə İsmayıl adlı uşağı götürmüşdür. Lakin o, İsmayıl adlı uşağı da bir neçə gün saxladıqdan sonra ona geri qaytarmışdır. Hazırda hər iki uşaq onun himayəsində yaşayır, cavabdeh onlarla maraqlanmır, təlim-tərbiyələri ilə məşğul olmur, maddi təminatlarına köməklik etmir. Onun yanında yaşadıqları üçün Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilməlidir. Aralarında olan mübahisəni məhkəmədən kənar həll etmək üçun Mediasıya Şurasına müracət etsə də cavabdeh mediasiyanın iclasında iştirak etməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə qızı Rəvanə 2021-ci ildə boşanmışdır və məhkəmə qətnaməsinə əsasən uşaqların hər ikisi anada qalmalı idi. Daha sonra icra tədbirlərinə başlanılmış və İsmayıl anasının himayəsinə verilsə də, Yusif atasının yanında qalmışdır. Daha sonra qarşı tərəf İsmayılı görmək, onunla vaxt keçirmək adı ilə aparmış və geri qaytarmamışdır. Uşaqları analarına qarşı öyrədirlər. Nikah pozulduğu vaxtdan uşaqlar atanın yanındadır. Bu müddət ərzində qızı ürək əməliyyatı keçirdiyindən səhhəti ilə bağlı uşaqlarını geri almaq üçün icra şöbəsinə müraciət edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Yardımlı şəhər 4 №-li tam orta məktəbinin müəllimi Maraqlı şəxs Müsaib oğlunun iştirakı ilə fikri soruşulan 27 aprel 2015-ci ildə doğulmuş X15 bildirmişdirki, uzun müddətdir ki, atası ilə yaşayır. Sonuncu dəfə anası ilə valideynlərinin birgə yaşadıqları vaxtda yaşamışdır. Bundan sonra da atasının yanında qalmaq istəyir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Yardımlı şəhər 4 №-li tam orta məktəbinin müəllimi Maraqlı şəxs Müsaib oğlunun iştirakı ilə fikri soruşulan 13 may 2017-ci ildə doğulmuş X13 bildirmişdirki, hazırda 1-ci sinifdə oxuyur. Uzun müddətdir ki, atası, babası və nənəsi ilə birgə yaşayır. Anası ilə heç yaşamamışdır. Bundan sonra da atası ilə yaşamaq istəyir. Yardımlı şəhər 4 №-li tam orta məktəbinin müəllimi Maraqlı şəxs Müsaib oğlu məhkəmə iclasında bildirmişdir ki, uşaqların dərsə davamiyyəti qaydasındadır, dərslərdə fəaldırlar, təhsilləri ilə bağlı nənələri davamlı olaraq, bəzi hallarda isə ataları maraqlanır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin 2(038)-120/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin olunması, xx xxxxxx 1986-ci ildə doğulmuş İddiaçı ilə xx xxxxx 1997-ci ildə doğulmuş Cavabdeh arasında Yardımlı rayonu Qeydiyyat şöbəsində 08 dekabr 2015-ci il tarixdə 109 № ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 27 aprel 2015-ci il tarixdə doğulmuş X15 və 13 may 2017-ci il tarixdə doğulmuş X1 Vüsal Elman oğlundan alınaraq anaları Cavabdeh himayəsində saxlanılması, 27 aprel 2015-ci il tarixdə doğulmuş X15 və 13 may 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 22 oktyabr 2015-cı il tarixli, AZ-111 638637 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh 27 aprel 2015ci ildə X15 adlı uşaqları doğulmuşdur. 20 iyun 2020-cı il tarixli, AZ-İİİ 939870 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh 13 may 2017-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 54№-li məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(038)-390/2024 saylı sorğusuna cavab məktubundan görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)-120/2021 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X15 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 Vüsal Elman oğlundan alınaraq anaları Cavabdeh himayəsinə verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə şöbəmizin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi könüllü müddətdə icra edilmədiyi üçün xx.xx.2021-ci il tarixə tərəfimizdən icra təyin edilmiş, lakin həmin tarixdə tələbkar Cavabdeh icra təyin edilən yerə gəlmədiyi üçün icra sənədi icra edilməmişdir. Daha sonra tərəfimizdən xx.xx.2021-ci il tarixə icra təyin edilmiş, həmin gün tərəflərin, icra prosesi iştirakçılarının və hal şahidlərinin iştirakı ilə icra hərəkətləri həyata keçirmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində İsmayıl adlı uşaq atası İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verilmiş, edilən bütün cəhdlərə baxmayaraq Yusif adlı uşağın anası Cavabdeh himayəsinə verilməsi mümkün olmamışdır. İcra sənədi üzrə tələbkar Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə şöbəmizə müraciət edərək icra sənədinin «icra haqqında» Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin geri qaytarılması haqqında” qərar qəbul edilmiş və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Cavabdeh Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)- 120/2021 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X15 və xx.xx.2017ci il tarixdə doğulmuş X2 Vüsal Elman oğlundan alınaraq ona qaytarılmalıdır. Qeyd olunan icra sənədini İcra Haqqında qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş edir. Yardımlı şəhər 4 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli 46 №-li arayışından görünür ki, X15 həqiqətən 2023/2024 tədris ilində məktəbin İİİ sinfində oxuyur. Yardımlı şəhər 4 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli 47 №-li arayışından görünür ki, X13 həqiqətən 2023/2024 tədris ilində məktəbin İ sinfində oxuyur. Yardımlı RİHB-nın Yardımlı şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-81-1/2-630/2024 saylı arayışından görünür ki, İddiaçı ailə tərkibi atası X9, anası- X5, oğlu- X15 və oğlu- X3 barətdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materiallarında olan sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, № 8-2/2016 saylı qərarının 7.8-ci bəndinə əsasən nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırki işin halları ilə müəyyən olunur ki, Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahı pozulmuş və birgə nikahdan 27 aprel 2015-ci ildə doğulmuş X15 və 13 may 2017-ci ildə doğulmuş X13 adlı uşaqları Cavabdeh himayəsində saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra icra şöbəsi tərəfindən icra tədbirlərinə başlanılmış, görülmüş icra tədbirləri nəticəsində İsmayıl adlı uşaq atası İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verilmiş, edilən bütün cəhdlərə baxmayaraq Yusif adlı uşağın anası Cavabdeh himayəsinə verilməsi mümkün olmamışdır. İcra sənədi üzrə tələbkar Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə şöbəmizə müraciət edərək icra sənədinin “icra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə «icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin geri qaytarılması haqqında» qərar qəbul edilmiş və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda hər iki uşaq atası İddiaçı yanında yaşayır. Həmçinin Cavabdeh tərəfindən keçən müddət ərzində uşaqların ona verilməsi üçün qarşı tərəfə və ya icra sənədinin icrası ilə bağlı icra şöbəsinə hər hansı müraciəti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələbə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, № 8-2/2016 saylı qərarının mövqeyinə əsasən yeni tələb kimi baxılmalıdır. Belə ki, Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi ilə mübahisələndirilən tələbə baxılmış və qeyd edilən qətnaməyə dair icra sənədi üzrə icra tədbirləri başa çatmışdır. Məhkəmə uşağın atasının himayəsinə verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki; nikahın pozulması və aliment tələbinədair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunmasıüçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışmasıüçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəməər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu barədəçıxarılan qərardad məhkəmə iclas protokoluna yazılır. Ayrıca akt şəklində tərtib olunmadığına və işin sonrakı hərəkətinə mane olmadığına görə ondan şikayət verilmir (MPM-nin 395.1.2-ci maddəsi). Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur; Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafıüçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdəüstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz; Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəməüçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir; Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.1, 58.2 və 58.3-cü maddələrinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Qeyd olunanları, eləcə də uşaqların atasının yanında qalmaq istəyi ilə bağlı fikrini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia bu hissədə tələbi təmin edilməli, 27 aprel 2015-ci ildə doğulmuş X15 və 13 may 2017-ci ildə doğulmuş X4 İddiaçı yanında qalması müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin «İddiaçı Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi üzrə 27 aprel 2015-ci ildə doğulmuş X12 və 13 may 2017-ci ildə doğulmuş X6 görə təyin edilmiş aliment öhdəliyindən azad olunmasına» dair hissəsinə qiymət verərək hesb edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki təqdim edilmiş iş materialları, həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiq edilir ki, tərəflərin nikahı pozulduqdan sonra uşaqlar qətnamə ilə analarının himayəsinə verilsə də, onların hər ikisi atasının yanında yaşamışlar. Həmçinin Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)- 120/2021 saylı icra sənədi Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Qeyd edilənlər Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 54 №-li məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(038)- 390/2024 saylı sorğusuna cavab məktubu ilə də sübuta yetir. Bu halda məhkəmə hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)-120/2021 saylı qətnaməsi üzrə İddiaçı 27 aprel 2015-ci ildə doğulmuş X8 və 13 may 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iki uşağa görə təyin edilmiş 200 manat məbləğində aliment öhdəliyindən azad olunmalıdır. Məhkəmə iddia tələbinin «uşaqların saxlanmaları üçün hər ay 200 manat olmaqla, hər iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsinə dair» hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 27 aprel 2015-ci ildə doğulmuş X8 və 13 may 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 aprel 2015-ci ildə doğulmuş X15 və 13 may 2017-ci ildə doğulmuş X13 İddiaçı yanında qalması müəyyən edilsin. Yardımlı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(038)-120/2021 saylı qətnaməsi ilə 27 aprel 2015-ci ildə doğulmuş X15 və 13 may 2017-ci ildə doğulmuş X13 adlı uşaqların saxlanılması üçün təyin edilmiş, İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan aliment öhdəliyindən İddiaçı azad edilsin və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar