Məhkəmə qərarları › İş №2(038)-394/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-394/2023

07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-394/2023 07.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş İsalı Gülər Aqil qızı və X6 hər birinin saxlanması üçün aylıq 220 manat, ümumilikdə 440 manat, həmçinin hər iki uşağa münasibətdə əvvəlki 3 illik dövr üçün alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə rəsmi nikaha daxil olmuşdur. Tərəflər arasında bağlanmış nikah Yardımlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə olan nikahdan 16 sentyabr 2005-ci il təvəllüdlü İsalı Gülər Aqil qızı və 16 dekabr 2008-ci il təvəllüdlü X8 adlı övladları var. Hazırda uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. X11 Aqil qızı ödənişli əsaslarla ali təhsil alır. Oğlu X10 isə məktəblidir. Cavabdeh övladları ilə maraqlanmır, onların maddi ehtiyaclarını qarşılamağa köməklik göstərmir. Bu səbəbdən cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət edir. Daha sonra İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, İsalı Gülər Aqil qızı 18 yaşına keçdiyindən onun saxlanması üçün aliment tələbindən imtina edir və birgə nikahdan doğulmuş X2 üçün alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsalı Gülər Aqil qızının 18 yaşına çatdığını bildirərək ona münasibətdə iddia tələbindən imtina etdiyini, oğlu X7 münasibətdə daha yüksək məbləğdə aliment təyi edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında aylıq 400-500 manat məbləğində əmək haqqı aldığını, həmçinin nikah pozulduqdan sonrakı dövr ərzində tərəflərin birgə yaşadığını və bütün maddi ehtiyacların onun tərəfindən qarşılandığını bildirmiş, ona görə bir uşağa görə aşağı həddə aliment tutulmasını xahiş etmişdir. Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 451728 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsalı Gülər Aqil qızı xx.xx.2005-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 451729 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Sumqayıt Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli, FF 2029 saylı arayışdan görünür ki, İsalı Gülər Aqil qızı Sumqayıt Dövlət Universitetinə 2022-2023-cü tədris ilində qəbul olmuşdur və hal-hazırda Filologiya fakültəsinin əyani şöbəsinin 953 saylı qrupunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə ödənişli əsaslarla (illik təhsil haqqı 1500 manatdır) İ təhsil ilinin tələbəsidir. Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 143733 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin yanvar ayının 22-də 01 № ilə qeydiyyat aparılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(038)-64/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və xx.xx.2005-ci ildə anadan olmuş İsalı Gülər Aqil qızı və xx.xx.2008-ci ildə anadan olmuş X8 anaları İddiaçı yanında saxlanılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 13 iyul 2023-cü il tarixdə müraciət etmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 16(038)-6/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək Cavabdeh xx.xx.2005-ci ildə doğulmuş İsalı Gülər Aqil qızının və xx.xx.2008-ci ildə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulması 13 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışıdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən tərəflər arasındakı nikah Yardımlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 16 sentyabr 2005-ci il təvəllüdlü İsalı Gülər Aqil qızı və 16 dekabr 2008-ci il təvəllüdlü X6 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. Uşaqlar İddiaçı himayəsində yaşayır. Hazırda İddiaçı xx.xx.2005-ci ildə anadan olmuş İsalı Gülər Aqil qızının yetkinlik yaşına çatması ilə əlaqədar iddia tələbindən ona münasibətdə imtina etmiş, alimentin xx.xx.2008-ci ildə anadan olmuş X7 münasibətdə təyin edilməsini tələb etmişdir. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uçaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. İddiaçının digər tələbi əvvəlki 3 illik dövr üçün alimentin tutulmasıdır. Məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, əvvəlki dövr üçün aliment iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı müəyyən edildiyi hallarda məhkəmə tərəfindən təyin edilə bilər. Hazırkı mülki iş üzrə isə qeyd edilən hallara dair iddiaçı tərəfindən məhkəməyə heç bir əsaslı dəlil, sübut təqdim edilməmişdir. Ona görə də həmin tələb üzrə iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 dekabr 2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması 13 iyul 2023-cü il tarixdən hesablansın. Bir uşağa görə aliment məbləği hesablanarkən Yardımlı Rayon Məhkəməsinin 16(038)-6/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar