Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-485/2023 26.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, Məhkəmə iclasının katibi katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş onun himayəsində yaşayan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 18 fevral 2022-ci il tarixdə el adəti ilə toy edərək evlənmişlər. Qeyri-rəsmi nikahlarından xx.xx.2022ci il tarixdə X3 adlı uşaq anadan olmuşdur. Bu barədə xx.xx.2023-cü ildə Yardımlı rayon qeydiyyat şöbəsində 08 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Rəsmi nikahda olmadıqlarından atalığın müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmağa, cavabdeh tez-tez narazlıq etməyə başlamışdır. Bu hallara dözə bilməyərək 31 yanvar 2023-cü il tarixdə ata evinə qayıtmışdır. O, vaxtdan idiyə kimi atasının himayəsindədir və övladı ilə birlikdə yaşayır. Cavabdehlə birgə yaşamasının qeyrimümkünlüyünü başa düşərək, xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatına aliment tələbinə görə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixində baxılmış, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. O heç yerdə işləmir cavabdeh uşağın saxlanılmasına heç bir köməklik göstərmir. Maddi cəhətdən uşağı saxlamağa çətinlik çəkir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 iddia ərzəsi ilə eyni məzmunda izahat verərək bildirmişdir ki, tərəflər el adəti ilə evlənmişlər və qeyri rəsmi nikahdan xx.xx.2022-ci il tarixdə X3 anadan olmuşdur. X3 anasının himayəsində onun yanında yaşayır. Cavabdeh uşağı ilə maraqlanmır. İddiaçı işləmir və uşağın maddi tələbatlarını qarşılamaqda çətinlik çəkirlər. Bu səbəbdən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə barışmaq fikri yoxdur, yanvar ayının 31-dən uşaqla birlikdə evdən çıxıb getmişdir. Bu müddət ərzində qızını görməmişdir. Hazırda maddi vəziyyəti aşağıdır, təsərrüfatla məşğul olur, ayda 100 manat məbləğində aliment ödəmək qabiliyyətindədir. Bu səbəbdən iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Lənkəran şəhərində İddiaçı doğulmuş X1 atası Cavabdeh hesab edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər faktiki nikah münasibətlərində olmuş və birgə yaşadıqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda Cavabdeh uşağı ilə maraqlanmır və onun saxlanmasında heç bir maddi yardım göstərmir. Bu səbəbdən iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azyaşlı uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Aliment öhdəliyində məqsəd, uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasıdır. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, aliment cavabdehdən alınmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşaların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 02 noyabr 2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4
Məhkəmə qərarları › İş №2(038)-485/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-485/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver