Məhkəmə qərarları › İş №2(038)-565/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-565/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-565/2025 14.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi və iddiaçının nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53.1-ci maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh podrat müqaviləsi üzrə 20000 manat, 115 manat podrat müqaviləsinin rəsmiləşdirilməsinə görə haqqın, hüquqi xidmətə görə ödənilmiş 325 manatın və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2023cü il tarixdə Podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmetı ondan ibarət idi ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsində inşa edilən daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, ümumi sahəsi 50 kv.m olan 2 (iki) otaqlı 1 (bir) mərtəbəli 1 metr kürsülü fərdi yaşayış evi tikib təmirli təhvil verməyi, sifarişçi (2-ci tərəf) isə yəni o həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, evin ümumi dəyəri 45000 manatdır və o həmin puldan ilkin ödəniş olaraq cavabdehə 15000 manatını ödəmişdir. Daha sonra isə adına tərtib edilmiş ödəniş qrafiki üzrə 5000 manat məbləğində pulu hər ay hissə-hissə 500 manat olmaqla ödəmişdir. Aralarında olan Podrat müqaviləsi xx.xx.2023cü il tarixdə bağlanmışdır. Müqavilənin 2.2 bəndində göstərilmişdir ki, Birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini 20.07 2024-cü il tarixədək hazır edərək sifarişçiyə yəni ona təhvil verməyi öhdəsinə götürür. Artıq öhdəlik götürdüyü tarixdən 1 ildən də çox vaxt keçməsinə baxmayaraq, ona nə ev, nə də ki ödədiyi pullar geri qaytarılmır. Cavabdeh bu günə kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə müqaviləni pozmuş sayılır. Belə ki, o, Pretenziya ilə Cavabdeh müraciət etmişdir. Ümumilikdə 20000 manat məbləğində pulun ona ödənilməsi ilə bağlı cavabdehə 5 gün vaxt vermiş, lakin müsbət cavab ala bilməmişdir. Bununla bağlı pretenziyanı və xəbərnaməni o iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ümumilikdə 20000 manat məbləğində pulu ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Podrat Müqaviləsi bağlanan zaman ondan 115 manat əlavə pul da tələb olunub, həmin 115 manat Podrat Müqaviləsində də qeyd edilmişdir. Bundan əlavə məhkəməyə iddia ərizəsi verilməsi üçün 150 manat məbləğində də dövlət rüsumu ödəmişdir. Ona görə də həmin pullar da cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, vəkil orderi ilə bağlı iddia tələbinin həcmini artırmışlar. Podrat müqaviləsi üçün notariusa 115 manat rüsum olaraq ödəmişdir. Ödəniş qrafikinə əsasən hər ay 500 manat pul ödənilmiş və cavabdehdə imza etmişdir. O cavabdehlə görüşmüş, cavabdehdə qəbul etmişdir. İddiaçıya cavabdeh evləri göstərə-göstərə aylıq 500 manat pul almışdır. Cavabdeh deyir ki, pulu alıb və imzada onundur. Onda olan səs yazısına əsasən cavadeh 15000 manat və 5000 manat ayrı-ayrılıqda aldığını etiraf etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə aralarında həqiqətən də iyirmi yeddi sentyabr iki min iyirmi üçüncü il tarixli Podrat Müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə podratçı kimi onun tərəfindən icra olunacaq işin ümumi dəyəri 45000 manat razılaşdırılmışdır. Sifarişçi həmin məbləğin 15000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ilə ödəməyə, qalan 30000 manatı xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən birinci tərəf kimi o sifariş edilmiş fərdi yaşayış evini xx.xx.2024-cü il tarixədək hazır edərək sifarişçiyə təhvil verməyə öhdəlik götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən razılaşdırılmışdır ki, sifarişçi, yəni hazırki iş üzrə iddiaçı təhvil tarixinə qədər sifarişçinin etdiyi gecikmə günlərinin cəmi 30 gün və ondan az olarsa təhvil tarixi aylıq ödənişin gecikdirildiyi günlərin sayı qədər uzadılacaq. Bütün hallarda sifarişçi müqavilədə qeyd olunan ödəniş günündən başlayaraq sonrakı hər gecikmə günü üçün 5 manat cərimə ödəməlidir. Bütün hallarda bir dəfəyə gecikmə günlərinin sayı 30 gündən artıq olarsa bu hal sifarişçinin yaşayış sahəsindən imtina etməsi və müqaviləni ləğv etmək istəyi kimi qiymətləndiriləcək. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi evdən imtina etdiyi halda ev satıldıqdan sonra ödədiyi bütün ödənişlərdən 1000 manat xidmət haqqı çıxılaraq geri qaytarılması razılaşdırılmışdır. O, podratçı kimi özərinə düşən öhdəliyi yerinə yetirərək sifarişçi üçün müqavilədə razılaşdırılmış fərdi yaşayış evinin tikintisi sifarişçi, yəni hazırki iş üzrə iddiaçı tərəfindən ilkin ödənilmiş 15000 manat vəsaitin həcmi həddində, hətta öz vəsaiti hesabına da əlavə işlər görülməklə aparılmışdır. Bu müddət ərzində sifarişçi, yəni hazırki iş üzrə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, razılaşdırılmış aylıq ödənişləri etməmişdir. Bu səbəbdən podrat müqaviləsi ilə inşası razılaşdırılmış fərdi yaşayış evinin tikintisi tam başa çatdırılmamışdır. Belə ki, podrat müqaviləsi üzrə tikintisi razılaşdırılmış fərdi yaşayış evinin hörgü işləri tam olaraq başa çatdırılaraq, evin üstünün dam örtüyü vurulmuşdur. Hazırki iş üzrə iddiaçı, aralarında bağlanmış iyirmi yeddi sentyabr iki min iyirmi üçüncü il tarixli "Podrat Müqaviləsi"nin 2.5-ci bəndinə əsasən "yaşayış sahəsindən imtina etməsi və müqaviləni ləğv etmək istəyi kimi qiymətləndirilməli, müqavilənin 2.3-cü bəndinə əsasən ev satıldıqdan sonra ödədiyi bütün ödənişlərdən 1000 manat xidmət haqqı çıxılaraq geri qaytarılmalıdır. Onu da qeyd etmiş ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ödəniş qrafiki tərəfindən iddiaçıya verilmiş ödəniş qrafiki deyildir. Orada göstərilən imzalar ona məxsus deyil. Podrat Müqaviləsinin tərkib hissəsi kimi onun tərəfindən iddiaçıya verilmiş "Ödəniş Qrafiki" tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İddiaçı tərəfindən yalnız iki aylıq (ümumilikdə 1000 manat) ödəniş olunmuş, tərəfindən ona təqdim olunmuş ödəniş qrafikində bu barədə qeyd aparılaraq şəxsən öz imzası ilə imzalanmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ilə aralarında bağlanmış iyirmi yeddi sentyabr iki min iyirmi üçüncü il tarixli "Podrat Müqaviləsi"nin ləğv olunması, müqavilənin 2.3-cü bəndinə əsasən iddiaçı tərəfindən ödənilmiş 16000 manat pul vəsaitindən 1000 manat çıxılaraq, ev satıldıqdan sonra 15000 manat pulun iş üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmasını cavabdehin də etirazının dəlillərini nəzərə alaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 27 sentyabr 2023-cü il tarixli Podrat müqaviləsindən görünür ki, birinci tərəf (podratçı) öz materiallarından istifadə etməklə Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsində inşa edilən daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, ümumi sahəsi 50 kv.m olan 2 (iki) otaqlı 1 (bir) mərtəbəli 1 metr kürsülü fərdi yaşayış evi tikib təmirli təhvil verməyi, sifarişçi (2-ci tərəf) isə yəni o həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 45000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 15000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir. Qalan 30000 manatı xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 500 manat olmaqla öhdəsinə götürür. Birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini 20.07 2024-cü il tarixədək hazır edərək sifarişçiyə yəni ona təhvil verməyi öhdəsinə götürür. Sifarişçi evdən imtina etdiyi halda ev satıldıqdan sonra ödədiyi bütün ödənişlərdən 1000 manat xidmət haqqı çıxılaraq geri qaytarılır. 20 sentyabr 2023-cü il tarixli Ödəniş qrafikindən görünür ki, İddiaçı 20 oktyabr 2023cü il tarixdən 19 iyul 2024-cü il tarixədək hər ay 500 manat olmaqla, ümumilikdə 5000 manat ödəniş etmişdir. 16 iyul 2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı təmir-tikinti işinə dair cavabdehə ödədiyi 20000 manat məbləğində pulu geri qaytarması üçün 5 gün vaxt vermiş, pulu qaytarmadığı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 150 manat məbləğində dövlət rüsumu keçirilmişdir. Ödəniş qəbzindən görünür ki, hüquqi xidmətə görə İddiaçı tərəfindən Abşeron rayon Vəkil Bürosunun hesabına 325 manat məbləğində pul vəsaiti ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 755 Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmetinə əsasən Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsində inşa edilən daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, ümumi sahəsi 50 kv.m olan 2 (iki) otaqlı 1 (bir) mərtəbəli 1 metr kürsülü fərdi yaşayış evi tikib təmirli təhvil verməyi, sifarişçi (2-ci tərəf) isə yəni o həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, evin ümumi dəyəri 45000 manatdır və o həmin puldan ilkin ödəniş olaraq iddiaçı 15000 manat pulu cavabdehə ödəmişdir. Daha sonra isə iddiaçı adına tərtib edilmiş ödəniş qrafiki üzrə 5000 manat məbləğində pulu hər ay hissə-hissə 500 manat olmaqla ödəmişdir. Aralarında olan Podrat müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Müqavilənin 2.2 bəndinə əsasən cavabdeh sifariş edilmiş fərdi yaşayış evini 20.07 2024-cü il tarixədək hazır edərək iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən sözügedən müqavilə üzrə heç bir iş görülməmiş və iddiaçıdan aldığı 20000 manat pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasını, müavilə üzrə ödənişlərin edilməsini sübut etmək iddiaçının (sifarişçinin) müqavilədə nəzərdə tutulmuş işlərin görülməsini sübut etmək isə cavabdehin (podratçının) vəzifəsidir. Qeyd olunan müqavilədən görünür ki, iddiaçı podrat müqaviləsi üzrə razılaşdırılmış ilkin məbləği cavabdehə ödəmiş, lakin cavabdeh isə podratçı olaraq hər hansı iş görməmiş, müqavilə üzrə görülməli olan işləri görməsi barədə isə məhkəməyə gəlməməklə yanaşı, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

NƏTİCƏ HİSSƏSİ:

Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilmiş 20000 manat, podrat müqaviləsinin rəsmiləşdirilməsinə görə ödənilmiş 115 manat, hüquqi xidmətə görə ödənilmiş 325 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 150 manat olmaqla, cəmi 20590 (iyirmi min beş yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilmiş 20000 manat, podrat müqaviləsinin rəsmiləşdirilməsinə görə ödənilmiş 115 manat, hüquqi xidmətə görə ödənilmiş 325 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 150 manat olmaqla, cəmi 20590 (iyirmi min beş yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar