Məhkəmə qərarları › İş №2(038)-57/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-57/2024

01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-57/2024 01.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və 04.4.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adəti ilə ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşayışlarından xx.xx.2014-cü il tarixdə Fidan, xx.xx.2015-ci il tarixdə Kamran adlı 2 uşaq anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdehlə aralarındakı nikah rəsmiləşdirilmədiyindən uşaqların atalığı müəyyən edilmiş və bu barədə onlara şəhadətnamələr verilmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, aralarında narazılıqlar yaranmış və nəticədə ayrılmışlar. Ayrıldıqdan sonra cavabdehlə aralarında dəfələrlə ailəməişət zəminində münaqişələr olmuş və cavabdeh ona bədən xəsarətləri yetirmişdir. Bu barədə hüquq mühafizə orqanlarına müraciət olunmuş və cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. 2023-cü ilin yanvar ayından aralarındakı münasibətlər tamam pozulmuş və ayrılmışlar. Uşaqları onun himayəsində yaşayır. Uşaqların saxlanmasında qardaşı köməklik göstərir. Bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, onlarınmaddi ehtiyaclarının qarşılanmasında köməklik göstərməmişdir. Bu səbəbdən məhkəməyə alimet tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında rəsmi gəliri olmadığını, xəstəliyi ilə əlaqədar müalicə aldığını hazırda tanışı üçün mal-qara saxladığını, ayda 100-200 manat qazancı olduğunu, maddi vəziyyəti ilə əlaqədar uşaqların saxlanması üçün ayda hər uşaq üçün 100 manat verə biləcəyini bildirdi. Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 279275 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 258546 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. 633 №-li epikrizdən görünür ki, Cavabdeh kəllə beyin travmasından sonra eşitmə sinirlərinin xroniki neoriti diaqnozu qoyulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 06 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən tərəflər arasında faktiki ailə münasibətləri olmuş və bu münasibətlərdən iki uşaq -29 mart 2014-cü il tarixdə X4 və 04 aprel 2015- ci il tarixdə X3 doğulmuşdur. Tərəflər arasında rəsmi nkah olmadığından uşaqların atasının Cavabdeh olduğu müəyyən edilmiş, buna dair atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr alınmışdır. Ailə münasibətləri pozulduqdan sonra uşaqlar İddiaçı himayəsində yaşayır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 29 mart 2014-cü il tarixdə doğulmuş X2 və 04 aprel 2015- ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 06 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamədərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar