Məhkəmə qərarları › İş №2(038)-640/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-640/2025

23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-640/2025 23.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı cavabdeh Söhbətin oğlu (Seyfiyeva) Şəbnəm Fəyaz qızına qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki işə məhkəməninin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 8(038)- 32/2025 saylı qərardadı ilə cavabdehlə birgə nikahlarından olub cavabdehin himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü Reyhan adlı uşağının saxlanması üçün ayda 2025-ci il üçün minimum əmək haqqının 0,76 misli məbləğində alimentin azaldılaraq ayda 2025-ci il üçün minimum əmək haqqının 0,40 misli məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(038)-32/2025 saylı qərardadı ilə (hakim Yusif Zeynalov) cavabdehlə birgə nikahından olub, cavabdehin himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü Reyhan adlı uşağının maddi cəhətdən saxlanması üçün Yardımlı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(038)-178/2013 saylı qətnaməsi ilə təyin edilmiş ayda 80 manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması, yəni ayda 304 manat məbləğində alimentin ondan alınıb ərizəçiyə-cavabehə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli 15№-li qərarının 8.4-1-ci maddəsinin tələbinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası barədə qərarı respublika məhkəmələri tərəfindən müvafiq qərardadlar çıxarılaraq birmənalı olaraq icra edilməkdədir. Bu hal heç də alimentin məbləğinin artırılması kimi qəbul edilməməlidir. Həmin indeksasiya qərardadı üzrə cavabdeh olaraq həmin qərardadla müəyyən edilmiş aliment məbləğinin ölkəmiz üzrə müəyyən edilmiş alimentin orta məbləğindən həddən artıq yüksək olduğu halda aliment məbləğinin azaldılmasına dair iddia qaldırmaq hüququdur. Faktiki olaraq günəmuzd işlərdə, o da olduğu günlərdə işləməklə gündə 10-15 manat məbləğində qazandığı pulla himayəsində olan, heç yerdə işləməyən arvadını və yeni nikahından olun 3 uşaqlarını və arvadını maddi cəhətdən saxlamalı və təyin edilmiş alimenti ödəməli və özünün həyatda mövcud olmağı üçün zəruri maddi nemətləri əldə etməlidir. Halbuki, əldə etdiyi cüzi məbləğdə olan aylıq qazancı ilə həmin tələbatları təmin etməyi mümkünsüzdür. Ona görə də cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Söhbətin oğlu (Seyfiyeva) Şəbnəm Fəyaz qızı məhkəmə iclasına gəlməmiş, lakin elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, o, hazırda Bakı şəhərində xalası evində qalır. Özü və uşağı xəstə olduğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxıb, iddiaçının tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar və maddi imkanı olmadığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi və iddia üzrə mülki işə əlavə sübutlar təqdim etməyəcəyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(038)-32/2025 saylı qərardadından görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-17/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilmişdir və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sabit pul məbləğində aliment tutularaq Söhbətin oğlu (Seyfiyeva) Şəbnəm Fəyaz qızına ödənilməlidir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikahlarını xx.xx.2016-cı il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsində 238 nömrə ilə qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra ərə Şəmşədli, arvada Bayramova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 iyun 2017-ci il tarixdə Şəmkir rayonu Keçici kəndində doğulmuşdur. Atası İddiaçı, anası X1r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 sentyabr 2019-cu il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində doğulmuşdur. Atası İddiaçı, anası X1r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 mart 2014-cü il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində doğulmuşdur. Atası İddiaçı, anası X1r. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Söhbətin oğlu (Seyfiyeva) Şəbnəm Fəyaz qızı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 51 manat məbləğində dövlət rüsumu keçirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh ilə 04 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından 31 yanvar 2011-ci il tarixdə X5 adlı uşaqlarının doğulması hazırki mülki işin mübahisəsiz halıdır və bu hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(038)-32/2025 saylı qərardadına əsasən Yardımlı Rayon Məhkəməsinin 2(038)-17/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilmiş və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sabit pul məbləğində aliment tutularaq Söhbətin oğlu (Seyfiyeva) Şəbnəm Fəyaz qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə qətnaməsi əsasında ödəməli olduğu alimentin miqdarının azaldılması əsaslıdır. İddiaçı faktiki olaraq cavadehdən ayrıldıqdan sonra ikinci dəfə evlənmiş və həmin nikahdan Ayan, Tunar və Nuray adlı uşaqları doğulmuşdur. İddiaçının arvadı heç yerdə işləmir, özü isə günəmuzd işləyir. Ona görə də məhkəmə həmin halları da nəzərə alaraq hesab edir ki, təyin edilmiş alimentin miqdarı azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(038)-32/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar