Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-681/2024 03.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yardımlı rayon məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2020-ci il tarixli Masallı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 420 sayla qeydə alınmış nikah aktı pozulmuş, cavabdehlə birgə nikahlarından doğulmuş 30 iyul 2018-ci il təvəllüdlü X2, 11 avqust 2020-ci il təvəllüdlü X3 və 17 avqust 2022-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanlmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi müəyyən edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi qəbul edilən vaxt iddiaçı cavabdehdən dördüncü uşağa hamilə imiş və nikahları pozulduqdan sonra, 07 avqust 2024-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Hazırda Hüseyn adlı uşaq iddiaçının himayəsində yaşayır. Cavabdeh uşağın saxlanması üçün hər hansı bir maddi köməklik göstərmir. İddiaçı, aliment verməsi barədə cavabdehə təklif və Mediasiya Təşkilatına müraciət etməyinə baxmayaraq, cavabdeh müraciətə cavab verməmiş və mediyasiya posesində də iştirak etməmişdir. Nikahlarının pozulması barədə mülki işə baxılarkən cavabdeh Bakı şəhərində yerləşən "xxxx" MMC-də fəhlə işləməklə və aylıq əmək haqqı alırdı. İddiaçı uşaqları azyaşlı olduğundan, onlara qulluq edir. Bu səbəbdən də işləyə bilmir. Ona görə də, uşağın saxlanılması üçün cavadehdən aliment tələb edir. İddiaçı məhkəməyə teleqram göndərərək, xəstə olduğu üçün məhkəmə iclasına gələ bvilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(038)-357/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2020-ci il tarixdə Masallı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 420 sayla qeydə alınmış nikah akt qeydi pozulması, nikah pozulduqdan sonra 30 iyul 2018-ci il təvəllüdlü X2, 11 avqust 2020-ci il təvəllüdlü X3 və 17 avqust 2022-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Yardımlı rayon məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında qeydə alınmış nikah aktı pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 30 iyul 2018-ci il təvəllüdlü X2, 11 avqust 2020-ci il təvəllüdlü X3 və 17 avqust 2022-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanlmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamə qəbul edilən vaxt iddiaçı cavabdehdən dördüncü uşağa hamilə imiş və nikah pozulduqdan sonra, tərəflərin 07 avqust 2024-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Uşaq hal-hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. İddiaçı uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını, habelə Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(038)-357/2024 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 3 uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 32 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği 32 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(038)-681/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-681/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver