Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1004/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankının Yevlax filialına qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ЕTDİM : İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankının Yevlax filialına qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi cavabdeh ola bilməyən hüquqi şəxsə və ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsi: Maddə 43.1 hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 44.1 hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 53.2 hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Maddə 53.3 nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 50.3. iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiа ərizəsindən və оnа əlаvə еdilmiş sənədlərdən görünür ki, hazırki iddia üzrə Azərbaycan Beynəlxalq Bankının Yevlax filialı Azərbaycan Beynəlxalq Bankının tabeliyində olan nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca filialdır, hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. İddiaçı Azərbaycan Beynəlxalq Bankının Yevlax filialına qarşı hazırki iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etməsi yol verilən deyil. Belə olan halda İddiaçı iddia ərizəsini ərazi aidiyyatı üzrə düzgün verməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3-cü maddələrinin tələblərinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalı, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılmalıdır. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 114.1.3, 152.1, 152.1.3, 152.2, 152.3, 152.4, 268-269-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİM : İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankının Yevlax filialına qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərаrdаddаn 10 gün müddətində Yevlax Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1004/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1004/2023
06.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver