Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1066/2023 17.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyun 2019-cu il təvəllüdlü X1 üçün Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tərixli qətnaməsi ilə təyin olunmuş 120 manat alimentin məbləğinin artıraraq, bu ərizə verildiyi tarixdən başlayaraq, uşağı üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili iddia ərizəsinə etiraz ünvanlayaraq, ünvan 1ia tələbinin rədd edilməinə dair qətnamə çıxarılmasını xahiş etmidir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə birgə nikahlarından bir uşaqları doğulmuşdur. Cavabdehlə ər-arvad münasibətləri pozulduğu üçün məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat aliment tutulması qət edilmişdir. Hazırda ödənilən aliment çox azdır. Özü müəllimə işləyir və cəmi 240 manat əmək haqqı alır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasıda iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ilə birgə nikahılarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsi ilə nikahların pozulmuş, uşaq anasının himayəsində saxlanılmış və alimet müəyyən edilmişdir. Özü üçüncü qrup əlildir. Əmək qabliyyəti yoxdur. Aldığı 150 manatın 120 manatını alimentə ödəyir. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X5 məhkəmə iclasıda iddianı qəbul etməyərək izah etdi ki, tərəflərin birgə nikahlarından bir uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat aliment müəyyən edilmişdir. Cavabdeh üçüncü qrup, əmək qabliyyəti olmayan əlildir. 150 manat pensiya alır və onun 120 manatını alimetə ödəyir. İddiaçı isə müəllimə işləyərək 240 manat əmək haqqı alır. Aliment barədə qətnamə çıxarıldıqdan sonra cavabdehin gəlirləri dəyişməmişdir. Cavabdeh vəkili X5 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 09 iyul 2019-cu il tarixli AZ-lV 280284 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 27 iyun 2019-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(039)-2611/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, 27 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 noyabr 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 27 fevral 2023-cü il tarixli 00135 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan məlum olur ki, İddiaçı müəllim işləyərək 240 manat əmək haqqı alır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan məlum olur ki, Cavabdeh 150 manat pensiya alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qətanməsi ilə uşağın saxlanılması üçün hər ay 120 manat aliment müəyyən edilmişdir. İddiaçı alimentin miqdarının artırılması hər ay üçün 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. İddiaçı 240 manat əmək haqqı alır. Cavadeh əmək qabliyyətsiz, üçüncü qrup əlil olduğu üçün 150 manat pensiya alır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə daha təminatlı valideyindən alimentin tutulması nəzərdə tutulmuşdur. Cavabdeh 150 manat pensiya alsa da, hər ay 120 manat aliment ödəyir. İddiaçı isə 240 manat əmək haqqı alır. Aliment qətnaməsi çıxarıldıqdan sonra cavabdehin maddi vəziyyətinin dəyişməsi (gəlirlərinin artması) barədə məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1066/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1066/2023
17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver