Məhkəmə qərarları › İş №2(039)-1099/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1099/2020

11.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1099/2020 11.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Həsənova Həqı̇qət Fı̇krət qızının Cavabdeh qarşı alimentin faizlər qaydasında və sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında faizlər qaydasında alimentin, eyni zamanda cavabdehin faktiki qazancından və gəlirlərindən yetkinlik yaşına çatmamış övladları 2009-cu il təvəllüdlü Hüseyinin və 2015-ci il təvəllüdlü Səbuhinin saxlanması üçün hər ay hər bir uşaq üçün 100(bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi, iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, bu, digər şəxsin hər hansı hüquq və vəzifələrinin pozulmasına əsas olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Həsənova Həqı̇qət Fı̇krət qızının Cavabdeh qarşı alimentin faizlər qaydasında və sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və onlara əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar