Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1099/2022 28.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «22 noyabr 2014-cü il təvəllüdlü övladı X5 yaşayış yerinin onun yaşayış yeri hesab edilməsi və hər üç övladının saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «22 noyabr 2014-cü il təvəllüdlü övladı X5 yaşayış yerinin onun yaşayış yeri hesab edilməsi və hər üç övladının saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2014-cü il təvəllüdlü X5 yaşayış yerinin onun yaşayış yeri hesab edilməsi, o cümlədən 15 fevral 2008-ci il təvəllüdlü X2, 27 avqust 2010-cu il təvəllüdlü X3 və 22 noyabr 2014-cü il təvəllüdlü X1 üçün, 29 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cavabdeh Məmmədova (Qarayeva) Aynur Şəmşir qızından hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 22 noyabr 2014-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə ailəli olmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaqlardan ikisi onda, biri isə cavabdehin himayəsində saxlanılmışdır. Hazırda 22 noyabr 2014-cü il təvəllüdlü X8 da onun yanına gəlmişdir. Cavabdehin yeri belə bəlli deyil. İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 24 sentyabr 2014-cü il tarixli AZ-lll 401346 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 15 fevral 2008-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 09 yanvar 2015-ci il tarixli AZlll 455027 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 27 avqust 2010-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 dekabr 2015-ci il tarixli AZlll 655313 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 22 noyabr 2014-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(039)-1953/2019 saylı qətnaməsindən məlum olur ki, 22 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaq cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi; 15 fevral 2008-ci il təvəllüdlü X6 və 27 avqust 2010-cu il təvəllüdlü X7 ataları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(039)-1067/2019 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh ilə İddiaçı arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 24 sentyabr 2014-cü il tarixli nikah qeydi pozulması; Nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 15 fevral 2008-ci il təvəllüdlü X6, 27 avqust 2010-cu il təvəllüdlü X7 və 22 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaqlar iddiaçı Cavabdeh himayəsində saxlanılması; Cavabdeh İddiaçı 25 fevral 2019-cu il tarixdən başlayaraq, 15 fevral 2008-ci il təvəllüdlü X2, 27 avqust 2010-cu il təvəllüdlü X4 və 22 noyabr 2014-cü il təvəllüdlü X5 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 80 manat, cəmi 240 manat məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 03 fevral 2022-ci il tarixli 14138 saylı arayışdan məlum olur ki, İddiaçı uşağın himayədə qalması ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 20 iyul 2022-ci il tarixli 1346 saylı rəyindən məlum olur ki, 22 noyabr 2014-c il təvəllüdlü X5 atası İddiaçı ilə ilə birgə yaşadığını və atasının yanında qalmaq istəməsi ilə bağlı komissiyaya verdiyi ərizələrini əsas götürərək atasının yanında qalmasını məqsədə uyğun hesab edilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından üç uşaqları olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş və uşaqlardan biri, yəni 22 noyabr 2014-cü il təvəllüdlü X8 anasının himayəsində saxlanılmşdır. İddiaçı uşağın onun himayəsinə verilməsi tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq 22 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşağın onun himayəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşaq Qəyyumliq və Himayəçilik orqanında pedaqoqun iştirakı ilə izahat verərkən yanlarında valideyinləri olmamış və sərbəst, təsir olmadan atalarının yanında qalmaq istədiklərini bildirmişlər. Həmçinin uşaq atasının yanında qalır və həmin şəraitdə yaşamağa və həmin əraziyə yaxın olan məktəbə getməyə vərdiş etmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından doğulmuş 22 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaq İddiaçı himayəsində saxlanılmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən, Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.2-ci bəndinə əsasən Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin qərarın 7.4-cü bəndinə əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarın 7.5-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 7 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-cı bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin qərarın 7.7-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyrimüəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığı müəyyən edilməlidir. 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 7 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından olmuş 22 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaq İddiaçı himayəsində saxlansın. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1099/2022
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1099/2022
28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver