Məhkəmə qərarları › İş №2(039)-1121/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1121/2020

28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1121/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh Müzəffər qızının iştirakı ilə, İddiaçı Cavabdeh Müzəffər qızına qarşı «hesablanmış aliment borcunun silinməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Müzəffər qızına qarşı «hesablanmış aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2018-ci il təvəllüdlü Nurayın saxlanılması üçün tərəfindən ödənilməsi qət edilmiş, eyni zamanda ötən müddət ərzində qızının və cavabdehin onun yanında qalmalarına, onun qazancı hesabına birgə təsərrüfatı idarə etməklərinə baxmayaraq əsassız hesablanmış 1440 manat aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2018-ci il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar, məhkəmə qətnaməsi ilə Nuray adlı uşağın saxlanılması üçün 120 manat aliment müəyyən edilmişdir. Həmin alimentini vaxtıvaxtında ödəmişdir. Lakin cavabdehlə barışmışlar və cavabdeh azyaşlı uşaqla xx xxxxxx 2018-ci il tarixdən onunla birgə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə cavabdeh xəstəliyi ilə bağlı həkimə getmiş və evə qayıtmamışdır. Belə olduğu halda ayrılmışlar. Təbii ki, birgə yaşadıqları vaxt cavabdehə aliment ödəməmişdir. Hazırda icra məmuru ona 1680 manat borcu olduğunu bildirmiş və ödəməsini tələb etmişdir. Həmin borcun 1440 manat hissəsi birgə yaşadıqları dövrü əhatə etdiyindən həmin borcun silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil izah etdi ki, məhkəmə qətnaməsi ilə 120 manat alimentin Rahibdən tutularaq Fəridəyə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra tərəflər barışmış və birgə yaşamışlar. Həmin vaxt tərəflər iddiaçının qazancı hesabına yaşamışlar və birgə təsərrüfat idarə etmişlər. Uşağa da birgə baxmışlar. Lakin tərəflər barışdıqları barədə icra məmuruna ərizə verməmişlər. Tərəflər faktiki olaraq 15-16 ay birgə yaşamışlar. Toya və digər şənliklərə, həmçinin istrahət etməyə birgə getmişlər. Hazırda cavabdeh həmin birgə yaşadıqları dövrdəki aliment pulunu da tələb edir. Cavabdeh Müzəffər qızı məhkəmə iclasıda iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ilə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat aliment qət edilmişdir. İddiaçı onunla rəsmi nikaha girəcəyini söz verib onunla barışsa da, sonrada onu aldatdığı müəyyən oldu. Ayrıldıqları vaxtdan atası evində yaşayır. Dəfələrlə də, icra məmuruna müraciət edərək, alimentin alınıb verilməsini tələb etmişdir. Hazırda iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Müzəffər qızı məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, Yevlax rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Alimentin tutulması barədə icra sənədi onun icraatındadır. İddiaçı hazırda 1680 manat borcu yaranmışdır. Lakin İddiaçı Cavabdeh ilə barışdığını bildirmişdir. Tərəfindən İddiaçı dəfələrlə bildirilmişdir ki, barışdıqları və alimentin tələb etmədiyi barədə Cavabdeh ərizə verməlidir. Rahib Fəridəni ərizə vermək üçün gətirəcəyini bildirmişdir. Lakin Cavabdeh barışmaqları barədə ərizə verməmiş, əksinə alimentin tutulmasını tələb etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə Yevlax rayonu, Quşçu kəndində anadan olmuş, Yevlax rayonu, Quşçu kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya şöbəsinin xx xxx 2020-ci il tarixdə 32 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)-1703/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Cavabdeh Müzəffər qızının xeyrinə 960 manat aliment ödəmiş və xx xxxxx 2020-ci il tarixə aliment borcu 1680 manat təşkil edir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2458/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2018-ci il təvəllüdlü Nurayın atasının İddiaçı olması faktı müəyyən edilmiş və uşağın saxlanılması üçün İddiaçı hər ay 120 manat aliment tutularaq Cavabdeh Müzəffər qızının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti təmin edilməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər qeyri rəsmi ailə qurmuşlar. Birgə yaşayışlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhəkəmə qətnaməsi ilə uşağın atasının İddiaçı olması faktı müəyyən edilmiş və uşağın saxlanılması üçün İddiaçı 120 manat aliment tutularaq Cavabdeh Müzəffər qızına verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti təmin edilməmişdir. İddiaçı məhkəmədə iddia qaldırıraq aliment üzrə yaranmış borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası kimi də cavabdehlə barışaraq birgə yaşadıqlarını əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, aliment uşağın saxlanılması üçün, onun gündəlik təlabatını və digər xərclərini ödəmək məqsədi daşıdığından yaranmış borcun silinməsi uşağın mənafeyinə ziddir. Həmçinin iddiaçı tərəfindən aliment üzrə yaranmış borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara (borcun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına) dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də, İddiaçı Cavabdeh Müzəffər qızına qarşı «hesablanmış aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Müzəffər qızına qarşı «hesablanmış aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar