Məhkəmə qərarları › İş №2(039)-113/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-113/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-113/2025 03.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı nikahın pozulması tələbinə dair qaröglgqlg iddia ərizəçi üzrə mğlki iєə Yevlax Rayon Məhkəməsinin binasgnda, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mədinə Piriyevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Cavabdeh iddiçı İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia verərək, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 550 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 dekabr 2021-ci il tarixdə faktiki ailə qurmuşlar, 13 avqust 2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikah qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə 06 oktyabr 2022-ci il tarixdə X4 anadan olmuşdur. 12 avqust 2024-cü il tarixdə Cavabdeh onu uşağı Mədinə Piriyeva ilə birlikdə yaşadığı evdən zorla çıxartmış və həmin vaxtdan atasına məxsus evdə yaşayır. Hazırda işləmir, uşağını saxlamaqda çətinlik çəkir. Ona atası və qardaşı köməklik edir. Cavabdeh bələdiyyə sədri vəzifəsində işləyir, qazancı vardır, lakin uşağın saxlanası üçün ona heç bir köməklik etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X4 adlı qızı anadan olmuşdur. Artıq bir neçə aydır ki, münasibətləri pozulmuşdur. Dəfələrlə aralarında mübahisələr olmuş və artıq birgə yaşamaqları mümkün deyildir. Bir aydan artıqdır ki, faktki olaraq ayrılmışlar. Nikhları formal xarakter daşıyır və münasibətlərinin bərpası mümkün deyildir. Birgə nikahda yaşamaqları qeyri-mümkün hala gəlmişdir. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehdən minimum əmək haqqının 0,5 misli, yəni 200 (iki yüz) manat alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianı etiraf etdiyini, nikahın pozulmasına razı olduğunu, cavabdehlə aralarında birgə nikah dövründə əldə edilmiş əmlakla və uşaqla ünsiyyətlə bağlı mübahisənin olmadığını göstərərək, işə onun iştirakı olmadan baxılmaraqa ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qarşılıqlı iddianı müdafiə etdiyini, uşağın anasının himayəsində saxlanılmasına razı olduğunu, 100 (bir yüz) manat aliment ödəyə biləcəyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını və qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X3 13 avqust 2022-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 550 saylı qeydiyyat aparılaraq arvada Piriyeva soyadı verilmişdir. İşdə olan Mingəçevir regional “ASN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 oktyabr 2022-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-113/2025 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilərək hazırkı iş üzrə qətnamə qəbul edilənədək xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə 13 avqust 2022-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 06 oktyabr 2022-ci ildə Mədinə adlı uşaqları doğulmuşdur. Aralarında olan narahılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar və birgə nikahlarından doğulmuş uşağı anasının yanında qalmışdır. İddiaçı işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. Buna görə də, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh ilə aralarında olan nikahın pozulmasına razıdır və tərəflər arasında uşaqla bağlı mübahisə yoxdur. Məhkəmə ilk növbədə ilk iddiaya qiymət verərək hesab edir ki, iddiaçının aliment tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə minium əmək haqqının 0,5 misli həddində aliment təyin edilməsinə dair tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək cavabdehin valideynlik borcudur. Müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ tərəflərin həqiqi vəziyyətinə uyğundur və cavabdeh tərəfi maddi cəhətdən pis vəziyyətə sala bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 30 oktyabr 2024-cü ildən tutulmalıdır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia da əsaslı oluduğundan təmin edilməlidir. Belə ki, iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, aralarında olan nikahın pozulmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.2-ci maddəsində təsbit edilmişdir ki, ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Ər-arvadın birgə yaşamasının, ailənin saxlanmasının artıq qeyri-mümkün olduğunu, Cavabdeh nikahın pozulmasında təkid etdiyini və fikrinin qəti olduğunu, İddiaçı nikahın pozulmasına etiraz etmədiyini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın anasının yanında qaldığını, uşaqla və birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı tərəflər arasında mübahisənin olmadığını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalı, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. 30 oktyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 06 oktyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşlılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə (Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı arasında Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış 550 saylı nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş 06 oktyabr 2022-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qaldığı müəyyən edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 100 (bir yüz) manat dövlət rüsumu alınaraq cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh verilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 (on) manat dövlət rüsumu tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar