Məhkəmə qərarları › İş №2(039)-1163/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1163/2023

11.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1163/2023 11.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı icarə müqaviləsinin və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin ləğv edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Kövər Bələdiyyəsi ilə X2 arasında bağlanmış müqaviləsinin ləğv edilməsi, X1 adına verilmiş, Yevlax rayon Kövər kənd ərazisində yerləşən onun icarəsində olan torpaq sahələrinə verilmiş **********61, **********62, **********63, **********64, **********65, **********66, **********67, **********68 reyestr nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə etiraz göndərərək iddia tələbinin baxılmamış saxlanılmasını və ya rədd olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, iş üzrə cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1., 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X4 Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı icarə müqaviləsinin və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin ləğv edilməsinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar