Məhkəmə qərarları › İş №2(039)-1183/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1183/2024

14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1183/2024 14.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi eyni zamanda İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyan, habelə dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı vurulmuş maddi ziyan və dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan onlara vurduğu maddi ziyana görə 7005 manat məbləğin və 5000 manat məbləğində mənəvi ziyanın alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə öz aralarında razılaşaraq mülkiyyətlərində və istifadələrində olan “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı yük maşınını cavabdehin isdifadəsinə vermişlər ki, cavabdeh işləyib qazanc əldə eləsin və həmin qazancdan avtomaşını istifaə etdiyi üçün iddiaşılara hər ay 750 manat məbləğinə pul versin. İlk vaxtlar cavabdeh ödənişlər etsə də, sonradan onlara heç bir ödəniş etməmişdir. Vəziyyəti belə gördükdə onlar həmin avtomaşını geri verilməsini tələb etdikdə cavabdeh isə onlara avtomaşının nasaz və hazırda işlək vəziyyətdə olmadığını, vaxt verilməsini, avtomaşını təmir edib saz vəziyyətdə qaytaracağını bildirmişdir. Lakin cavabdeh vədinə əməl etməmiş və onlar 2023-cü ilin dekabr ayında məcburiyyət qarşısında qalaraq polisə şikayət etmiş və polis vasitəsi ilə özlərinə məxsus “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı yük maşını cavabdehdən geri almışlar. Avtomaşını cavabdehdən aldıqdan sonra maşını təmir etdirib işlək vəziyyətinə gətirmək üçün usta yanına getmişlər. Ümumilikdə (usta və ehtiyat hissələri) 6645 manat xərc lazım olduğu üçün onlar cavabdehə müraciət edərək həmin məbləği və evakuatora ödədiyi 60 manatı, cəmi 7005 manat məbləğində cavabdehin vurduğu ziyanı onlara ödəməsini tələb etmişlər. Cavabdehin yaxın qohumları qeyd olunan məbləği ödəməyə söz versələr də cavabdeh tərəfindən bu günədək onlara heç bir ödəniş olmamışdır. Mülkiyyətlərində olan “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı yük maşını bu səbəbdən bu günədək nasaz vəziyyətdə həyətdə qalmaqdadır. Maddi ziyana görə 7005 manatın və 5000 manat mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmənin iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi eyni zamanda İddiaçı1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, avtomobili iddiaçılardan aylıq 750 manat icarə pulu ödəmək şərti ilə icarəyə götürdüyünü, lakin bir müddət sonra səhhəti ilə bağlı işləyə bilmədiyindən, həmin avtomobili digər iş yoldaşlarının idarə etdiyini, avtomobilə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçı və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli qiymətləndirmə rəyindən görünür ki, dəmirçi işi üçün 1000 manat, rəngsaz üçün 1200 manat, elektrik işləri üçün 100 manat, xodavoy işi üçün 100 mana, motorun yığılmasıüçün 2500 manat, armaturşik üçün 200 manat, sağ uzun arxa krıio üçün 90 manat, qabaq abisofka 30 manat, yan qapı 250 manat, təkər kolpakı 20 manat, təkər şpilka qayka 10 manat, 2 ədəd arxa qapı şüşələri 100 manat, ön şüşə 150 manat,arxa qapı zamoku 40 manat, arxa bufet 40 manat, buferin klikləri 20 manat, arxa sol stop 20 manat, ön çüçənin kalçuku 40 manat, sol güzgü 50 manat, sol güzgü qapağı 10 manat, sol qapı şüşəsi 50 manat, tormuz qapaq slindir 75 manat, arxa raboçiy slindir 25 manat, pavarotnik 5 manat aktumlyator 2 ədəd 320 manat starter 200 manat olmaqla, cəmi 6645 manat təşkil edir. Cinayət işinin başlanılmasının rədd olunması barədə Suraxanı rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilsin və qəbul edilmiş qərar barəsində iş üzrə maraqlı tərəflərə məlumat verilmiş, qəbul edilmiş qərarın surəti iş üzrə tərəflərə göndərilsin və İddiaçı1 vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 tərəfindən ona məxsus olan “FORD TRANZİT” yük markalı, ** CS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında idarə etmək üçün 3 il 20 gün müddətinə Cavabdeh vermişdir. xx.xx.2023-cü il cərimədən görünür ki, Cavabdeh **-CS-*** nömrəli avtomabili ilə İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuş ödəniləcək məbləğ 9 manat olmuşdur. EQ 17739415 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuş ödəniləcək məbləğ 9 manat olmuşdur. EQ 17152055 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 50 manat cərimə olunmuş ödəniləcək məbləğ 45 manat olmuşdur. EQ 16860762 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuş ödəniləcək məbləğ 9 manat olmuşdur. EQ 17919944 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuş ödəniləcək məbləğ 15.80 manat olmuşdur. EQ 17760652 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuş ödəniləcək məbləğ 15.80 manat olmuşdur. EQ 16984730 saylı protokoldan görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə 10 manat cərimə olunmuş ödəniləcək məbləğ 9 manat olmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5178 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallaında olan "xxxx" ASC tərəfindn tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1993-cü il buraxılışlı “Ford Transit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4745 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti-1545 manat və təmir-bərpa işlərinin qiyməti 3200 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı X1 mülkiyyətində **-CS-*** nömrə, “Ford Tranzit” markalı avtomobil vardır. Cavabdeh sözügedən avtomobili iddiaçıdan aylıq 750 manat icarə pulu ödəmək şərti ilə icarəyə götürmüş və müvafiq etibarnamə əsasında idarə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, avtomobil cavabdehin istifadəsində olan müddətdə cavabdehin təqsiri ücbatından iddiaçı X1 mülkiyyətində **-CS-*** nömrə, “Ford Tranzit” markalı avtomobilə 4745 manat manat dəyərində (dəyişilməli hissələrin qiyməti 1545 manat və təmir-bərpa işlərinin qiyməti 3200 manat olmaqla) zərər dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının; İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 14.2.6-cı maddəsinə əsasən Başqa şəxsə zərər vurulması Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 700-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Subyektiv hüquq dedikdə, insanın müəyyən bir şəkildə hərəkət etmək hüquq qabiliyyəti başa düşülür. Bu hüquq digər şəxslərdən müəyyən hərəkətləri (və ya hərəkətlərdən çəkinməyi) tələb etmək imkanı ilə təmin edilir. Beləliklə, sahibi əmlakına sahib ola, istifadə edə və sərəncam verə bilər və başqalarından onun hüququnu pozmamaqlarını tələb edə bilər. Beləliklə, hüquqlar digər münasibət iştirakçılarına qondarma müvafiq vəzifələrin verilməsi ilə təmin edilir. Subyektiv qanunun sahibi (səlahiyyətli şəxs) kimsə tərəfindən pozulduqda dövlətin öz hüququndan istifadə etmək və qorumaq üçün istifadə edə bilər, məsələn məhkəməyə. Müdafiə metoduna görə, subyektiv hüquqlar mütləq və nisbi olaraq fərqlənir. Mütləq qanuna əsasən, səlahiyyətli şəxs müəyyən tədbirlər və ya qeyri-müəyyən insanlar dairəsindən hərəkətlərdən çəkinməyi tələb edə bilər. İddiaçı1 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyan, habelə dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia qaldırsa da, ziyan dəymiş avtomobil onun yox digər iddiaçı X1 mülkiyyətində olduğundan iddia İddiaçı1 münasibətdə təmin edilməməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibətiüzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İddiaçılar cavabdehin onlara 5000 manat məbləğində mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları subuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı X1 xeyrinə vurulmuş maddi ziyana görə 4745 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 67.45 manat məbləğində dövlət rüsumu, cavabdehdən dövlət mədaxilinə alınmalı və cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İcarə haqqına görə 4745 (dörd min yeddi yüz qırx beş) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X1 xeyrinə ödənilsin. Cavabdeh 67.45 manat dövlət rüsumu dövlət mədaxilinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar