Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1197/2023 23.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Əsəd Qasımzadənin və Zəhra Qasımzadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 23 aprel 2011–ci il tarixdə Yevlax rayon qeydiyyat şöbəsində nikah bağlayıb ailə qurmuşdur. Bu birgə nikahdan 2 uşağı 23 fevral 2012-ci il tarixdə X3 və 03 mart 2015-ci il tarixdə X2 anadan olmuşdur. Cavabdeh 2019-cu ilin sentyabr ayından onu və uşaqlarını atıb Rusiyaya getmişdir. Hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Ozü işləmir, uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh avtomobil yuyulması ilə məşğul olur, qazanc əldə edir. Uşaqlarının saxlanılmaları üçün ara-sıra köməklik etsə də, bu onları qane etmir. Odur ki, Cavabdeh sabit pul məbləğində aliment tutulması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat bildirmişdir ki, faktiki olaraq uzun müddətdir ayrı yaşayırlar, birgə nikahdan olan iki övladı onun himayəsindədir. Özü işləmir, hər hansı gəliri yoxdur. Cavabdeh uşağının saxlanılması üçün hər hansı maddi yardım göstərmir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin 23 fevral 2012-ci il təvəllüdlü X3 və 03 mart 2015-ci il təvəllüdlü X2 övladları vardır. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehdən övladının yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin məbləği ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, uşaqlara dair 2023-cü il üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi həcmində, hər uşaq üçün hər ay 100 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 fevral 2012-ci il təvəllüdlü X3 və 03 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 aprel 2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1197/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1197/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver