Məhkəmə qərarları › İş №2(039)-1203/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1203/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1203/2022 14.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbi» haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 noyabr 2019-cu il təvəllüdlü X1 və 05 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, o, Cavabdeh ilə ailəli olmuşdur. Onların ailəli olduqları dövrdə 25 avqust 2007-ci il təvəllüdlü X8, 20 noyabr 2008-ci il təvəllüdlü X6, 20 noyabr 2009-cu il təvəllüdlü X7, 02 avqust 2013-cü il təvəllüdlü X3, 05 noyabr 2019-cu il təvəllüdlü X4 və 05 noyabr 2019-cu il təvəllüdlü X5 adlı altı uşaqları anadan olmuşdur. Hazırda cavabdehlə faktiki olaraq ayrılmış və uşaqlar onun himayəsindədirlər. Yevlax Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqları İlahə, Zəhra, Hüseyn və Ələkbərin saxlanılmaları üçün aliment təyin edilmişdir. O, hazırda onlar üçün aliment tələb etmir. Tələbinin alimentə dair hissəsi Zeynəb və Əbülfəzə aiddir. Cavabdeh hazırda uşaqların saxlanılmasında iştirak etmədiyinə, onların maddi tələbatlarını təmin etmədiyinə, uşaqların qayğısına qalmamaqla öz valideynlik borcunu yerinə yetirməkdən yayındığına görə o, məhkəmə vasitəsilə onun uşaqların saxlanılmasında iştirak etməsini tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək izah etdi ki, uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat aliment ödəyə biləyəcəyinə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 noyabr 2019-cu il tarixli AZ-lV 375319 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2019-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 noyabr 2019-cu il tarixli AZ-lV 375320 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2019-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(039)-1555/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulması; tərəflərin birgə nikahlarından olmuş uşaqlar analarının yanında saxlanılmış; Cavabdeh uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 30 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 mart 2022-ci il tarixli, saylı 16593 arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından 05 noyabr 2019-cu il təvəllüdlü X4 və 05 noyabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından faktiki ayrı yaşayırlar, uşaqlar hazırda anasının himayəsindədir. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir hər ay hər uşaq üçün 100 manat aliment ödəməyə razıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşaqların layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyəsini, təhsini, nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, Cavabdeh 28 aprel 2022-ci il tarixdən başlayaraq, 05 noyabr 2019-cu il təvəllüdlü X1 və 05 noyabr 2019-cu il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 100 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 28 aprel 2022-ci il tarixdən başlayaraq, 05 noyabr 2019-cu il təvəllüdlü X1 və 05 noyabr 2019-cu il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar