Məhkəmə qərarları › İş №2(039)-1229/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1229/2020

22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1229/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat məbləğində alimentin Cavabdeh alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə rəsmi ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə X2 və xx xxxxxx 2014-cü il tarixdə X3 adlı iki uşaqları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsada sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Dəfələrlə ailəninin dağılmaması üçün təşəbbüslər göstərsə də, lakin heç bir nəticəsi olmamışdır. Hazırda ayrılıb ayrı yaşayırlar. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(039)-2020/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Bu müddətdə cavabdeh uşaqlarına heç bir yardım göstərməmişdir. Uşaqların tələbatlarını ödəməyə artıq gücü çatmır. Özü heç bir yerdə işləmir. Ailəni dolandırmada çətinlik çəkir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, iddiaçı ilə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılsalar da, uşaqlarına baxmaqdan boyun qaçırmır. Alimenti ödəyəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2012-ci il tarixli AZ-ll 815528 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 xx xxxxxx 2012-ci il tarixdə andan olmuş, atası Cavabdeh, anası Bayramova Fəxriyyə Əlövsət qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2014-cü il tarixli AZ-lll 321548 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 xx xxxxxx 2014-cü il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(039)-2020/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar anasının yanında saxlanılmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş və faktiki ayri yaşayırlar, uşaqlar hazırda analarının himayəsindədir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşaqların layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyələrini, təhsillərini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər bir uşağın saxlanması üçün hər ay 50 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı uşaqların 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar