Məhkəmə qərarları › İş №2(039)-1240/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1240/2020

10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1240/2020 10.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və maraqlı şəxs x3 qarşı «uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi» tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və maraqlı şəxs x3 qarşı «uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun nəvələri xx xxxxxxx 2005-ci il təvəllüdlü x2 üzərində himayəçi, həmçinin xx xxxx 2007-ci il təvəllüdlü x1 üzərində qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığı halda Yevlax rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.3.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Belə olan halda, ərizə və ona əlavə edilmiş sənədlər qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi ilə bağlı Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına zəruri sənədləri təqdim etməklə müraciət etməlidir. Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası imtina etdiyi halda Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarından İnzibati məhkəməsinə şikayət verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırki iddia ərizəsi məhkəmə səlahiyyətlərinə aid deyildir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və maraqlı şəxs x3 qarşı «uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə səlahiyyətlərinə aid olmadığından, iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və maraqlı şəxs x3 qarşı «uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi ilə bağlı Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına zəruri sənədləri təqdim etməklə müraciət edə bilər. Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası imtina etdiyi halda Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarından İnzibati məhkəməsinə şikayət verə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar