Məhkəmə qərarları › İş №2(039)-1248/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1248/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1248/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2015ci il tarixli qətnaməsinə əsasən onun Cavabdeh yaranmış 12800 manat aliment borcunun əsassız hesab edilməklə (ailə olaraq birgə yaşamağını və onun qazancı hesabına ailəsinin tələbatının ödənildiyinə görə) həmin borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X18 ilə 03 iyul 2005-ci il tarixdə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuş, 17 aprel 2006-cı il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 11 iyun 2006-cı il təvəllüdlü X7 və 11 noyabr 2007-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. 2015-ci ildə cavabdeh ilə onun arasında xırda narazılıq olmuş və onlar bir müddət ayrı yaşamışlar. Həmin ərəfədə Cavabdeh ona qarşı Yevlax Rayon Məhkəməsində sabit pul məbləğində aliment tələbi irəli sürmüşdür. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ona qarşı iddia tələbi qismən təmin edilmiş, ondan 07 may 2015-ci il tarixdən başlayaraq 01 iyun 2011-ci il təvəllüdlü X3 və 11 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. 2015-ci ildə qısa müddət ayrı yaşadıqdan sonra, o, Cavabdeh ilə barışmış, eyni təsərrüfatı idarə etmiş, o cümlədən Yevlax rayonu Qaraməmmədli kəndində fərdi yaşayış evi inşa etdirmişlər. Hansı ki, həmin fərdi yaşayış evində Cavabdeh hazırda iki övladları ilə birlikdə yaşayır. Son aylarda Cavabdeh onunla ailə münasibətləri pozulmuş və Cavabdeh 2015-ci ildə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş icra sənədi əsasında ondan aliment tələb edir. Qeyd edilən icra sənədinə əsasən yaranmış borc məbləği 12800 manat təşkil edir. 12800 manat borcun yarandığı dövr ərzində isə o, Cavabdeh ilə birgə ailə təsərrüfatı idarə etmiş, o, işləmiş və ailəsini dolandırmış və üstəlik, birgə nikah müddətində fərdi yaşayış evi də inşa etdirmişlər. Hazırda isə cavabdeh ondan qanunsuz və əsassız olaraq 12800 manat yaranmış borcu tələb edir. Cavabdeh ilə 2015-ci ildə qısa müddətdən sonra barışdığından və Cavabdeh özünün deməsinə görə, iddia tələbindən imtina etdiyini bildiyindən, o, aliment borcunun yaranmasından xəbərsiz olmuşdur. Yevlax Rayon İcra və Probasiya Şöbəsindən aliment öhdəliklərini yaranması ilə bağlı ona heç bir məlumat daxil olmamışdır. Əgər bu barədə məlumatı olsa idi, yəqin ki, eyni evdə yaşamaqla, birgə təsərrüfatı idarə etməklə və ər-arvadlıq münasibətində olduğunu cavabdeh ilə yaranmış məsələni həll edə bilərdi. Hazırda cavabdeh ilə faktiki olaraq ailə münasibətləri pozulduğundan, cavabdeh istəyir ki, birgə nikah müddətində əldə etdiyi fərdi yaşayış evi ona qalsın, o, isə əvəzində yaranmış aliment borcundan imtina etsin. Əslində, onun cavabdehə heç bir aliment borcu olmasa belə (çünki, o, işləyərək ailəsinə, uşaqları dolandırmış,) onun – Cavabdeh təklifi ilə razı olmuşdur. Cavabdeh ilə faktiki olaraq ayrıldıqdan sonra, aylıq aliment öhdəliklərini yerinə yetirir Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X18 verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirərək məhkəməyə ərizə təqdim etmiş, ərizəsində iddiaçı ilə 2015-ci ildən 2023cü ilin yanvar ayına kimi birgə bir ailə kimi yaşadıqlarını, hazırda aliment borcuna görə yaranmış 12800 manat aliment borcunun silinməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında fikirləri öyrənilmiş X7 və X8 ifadələrində 2015-ci ildə təxminən 7-8 ay atası və anası ayrılıb ayrı yaşasalar da, sonradan barışıb bir ailə kimi bir yerdə eyni evdə yaşadıqlarını, ataları Allahverdinib başqa başqa rayonlarda əsasən Gəncə şəhərində işlədiyini, bir ailə olaraq mehriban yaşadıqlarını, 2023-cü ilin yanvar ayından yenidən anaları Elnarə ilə ataları Allahverdi ayrıldıqlarını bildirmişlər. Hər iki uşaq həmçinin ayrılana qədər atalarının daimi evə gəlib-getdiyini və onlara mütəmadi olaraq az da olsa pul göndərdiyini, yanvar ayına kimi ailə kimi bir yerdə yaşadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində hər iki tərəfin onun qohumu olduğunu, iddiaçı və cavabdehin 2023-cü ilin yanvar ayına kimi ailə olaraq bir yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 və X5 ifadələrində Cavabdeh qonşusu olduqlarını bildirmiş, neçə illədir ki, onun Allahverdi ilə bir ailə kimi bir yerdə yaşadıqlarını göstərmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Elnarənin onun atasının əmisi qızı olduğunu və tərəflərin bir ailə kimi bu ilin yanvar ayınadək bir yerdə yaşadıqdan sonra ayrıldıqlarını söyləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində Elnarənin qaynanası ilə qonşu olduğunu və onların son vaxtlaradək bir ailə kimi bir yerdə yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində hər iki tərəfin onun qohumu olduğunu, son vaxta kimi onların bir yerdə ailə kimi yaşamalarını və sonunculara məxsus olan torpaq sahəsini alarkən pulunu Elnarə və Allahverdiyə bir yerdə verdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 2(039)-1051/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞM/MT031/2023-00201 saylı arayışdan məlum olur ki, İddiaçı aliment borcunun silinməsi tələbi ilə bağlı mediatora müraciət etmişdir. X2 Yevlax rayon icra və probasiya şöbəsinə xx.xx.2023-ci il tarixdə müraciət etdiyi ərizəndən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatan kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə verilməlidir. Alimentin ödənilməsi ilə bağlı borclu İddiaçı ilə onun arasında razılaşma olmuşdur, lakin borcu sonradan razılaşmaya əməl etməmiş və onun xeyrinə aliment ödəməmişdir. Alimentin ödənilməsi ilə bağlı aralarında olan razılaşma ilə əlaqədar olaraq hazıradək alimetlə bağlı müraciət etməmiş və bu barədə şikayəti olmamışdır. xx.xx.2023-cü il tarixə ona olan 12800 manat alimentin borcunun ödənilməsi üçün borclu İddiaçı barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Yevlax rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 32938/4 saylı məktubdan görünür ki, borclu İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Cavabdeh xeyrinə verilməsinə dair Yevlax Rayon Məhkəməsinin 2(039)-1051/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi Yevlax rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuşdur. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə məlumat verilmiş, borcluya tələbin icrası barədə bildiriş göndərilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar olaraq tələbkar Cavabdeh borclu İddiaçı tərəfindən alimentin ödənilməməsi ilə bağlı şöbəyə heç bir şifahi və yazılı müraciət edilməmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə tələbkar Cavabdeh ərizə ilə şöbəyə müraciət edərək alimentin ödənilməsində borclu İddiaçı ilə aralarında razılaşma olduğu üçün alimentlə bağlı müraciət etmədiyini, lakin sonradan borclunun razılaşmaya əməl etmədiyini bildirməklə, xx.xx.2023-cü il tarixə olan 12800 manat aliment borcunun borcludan alınıb onun xeyrinə verilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılı ərizə verməklə iddianı tam etiraf etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh iddianın etiraf edilməsi yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 2015-ci ildən 2023-cü ilin yanvar ayına kimi hesablanmış 12800 manat aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar