Məhkəmə qərarları › İş №2(039)-1269/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1269/2021

05.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1269/2021 05.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 2014-cü il üçün 11 ay, 2015-ci il üçün 12 ay, 2016-ci il üçün 12 ay, 2017-ci il üçün 12 ay, 2018-ci il üçün 12 ay, 2019-cu il üçün 4 ay, cəmi ödənilməmiş 63 aylıq dövr üçün ödənilməmiş 6930 manat məbləğində əmək haqqının tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.01.2005-ci il tarixdən 06.01.2020-ci il tarixədək Malbinəsi Bələdiyyəsində işləmişdir. 02.02.2015-ci il tarixindən 06.01.2020-ci il tarixədək isə Bələdiyyədə vergi müfəttişi vəzifəsində işləmişdir. Fasiləsiz olaraq Bələdiyyədə işləsə də, 2014-ci ilin fevral ayındın Bələdiyyədən qanuni əmək haqqını ala bilməmişdir. Onun əmək haqqısı əvvəlcə 110 manat, 2015-ci ildə isə 150 manat olmuşdur. Sonradan isə əmək haqqısı ölkə rəhbərinin məlum fərmanından sonra ən azı 180-250 manat olmuşdur. 2014-cü il üçün 11 ay, 2015-ci il üçün 12 ay, 2016-cı il üçün 12 ay, 2017ci il üçün 12 ay, 2018-ci il üçün 12 ay, 2019-cu il üçün isə 4 ay əmək haqqı almamışdır. Bütövlükdə o, işlədiyi illər ərzində 63 ay əmək haqqını almamışdır. Həmin məbləği 110 manatdan hesablansa 6930 manat məbləğində əmək haqqından məhrum olmuşdur. Hər dəfə o, əmək haqqını istəyəndə onu inandırıblar ki, Bələdiyyəyə pul yüklənəndə əmək haqqısı ödəniləcək. Lakin dəfələrlə müraciətinə baxmayaraq əmək haqqısı ona ödənilməmişdir. İddiaçı 05 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 3 məhkəmə prosesinin keçirilməsinə və bu barədə cavabdehin məlumatı olmasına baxmayaraq, cavabdehin məhkəmə proseslərindən qərəzli olaraq yayındığını, bu halın isə məhkəmə prosesinin süni şəkildə uzadılmasına səbəb olmasını əsas gətirərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 26 yanvar 2005-ci il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 25.01.2005-ci il tarixdən 06.01.2020-ci il tarixədək Cavabdeh sədri və vergi müvəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının Yevlax rayonu Malbinəsi Bələdiyyəsində işlədiyi 63 aylıq dövr üçün əmək haqqısı ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsindən ödənilməmiş 63 aylıq dövr üçün 6930 manat pul alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Yevlax rayonu Malbinəsi Bələdiyyəsindən 6930 manat ödənilməmiş əmək haqqı İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi-qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar