Məhkəmə qərarları › İş №2(039)-1282/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1282/2020

21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1282/2020 21.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı nikah qeydinin ləğv edilməsi və sabit pul məbləğində aliment tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında olan nikah qeydinin pozulması, birgə nikahdan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır) İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X7 ilə xx xxxx 2018-ci il tarixdə nikah daxil olub ailə qurmuşlar. Bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Uşağı hazırda onun himayəsindədir. O, cavabdehlə birgə yaşamır. Aralarında ailə münaqişəsi uzun bir müddətdir davam edir. O, faktiki olaraq cavabdehlə birlikdə yaşamır. Cavabdeh uşağı saxlamaqda iştirak etmir. Cavabdehlə faktiki ayrılmaqlarının əsası cavabdehin ona qarşı aqressiv münasibəti, ailədə onu hörmətdən salması, nüfuz və karyerasını heçə endirməsı, müntəzəm döyülməsi, həmçinin ailəsinə və övladına baxmaması, eləcədə yaraşmayan hallarla üzərinə şər, böhtan atması səbəbindən bir ailə olaraq, bir yaxın qohum olaraq birlikdə yaşamırıq. Cavabdeh uşağına maddi cəhətdən köməklik etmir. O, heç yerdə işləmir. İşi və qazancı yoxdur. Uşağını valideynlərinin minimum pensiyası hesabına saxlayır. Cavabdeh isə bütün bunlara biganəlik nümayiş etdirirək uşağına minimal həddə aliment belə ödəmir. Cavabdeh fərdi əməklə məşğuldur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahat verərək iddiaçı ilə aralarında olan nikah qeydinin pozulmasına və nikahın pozulmasından sonra xx.xx.2018-ci il təvəllüdlü X1iddiaçının yanında qalmasına etiraz etmədiyini, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90-100 manat məbləğində aliment ödəyə biləcəyini bildirdi və məhkəmədən qeyd olunanları nəzərə alınmaqla iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İİ 260322 №li nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış nikah 2018-ci ilin mart ayının 11-ci günündə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsininakt qeydləri kitabında 308 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yusibov, arvada isə Yusifova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 082200 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinəəsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinəəsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Hazırkı işdə nikahın pozulmasına tərəflərin qarşılıqlı razılığı olduğundan nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan vəəmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanmasıüçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddiaçı ilə cavabdeh X7 tərəfindən məhkəməyə belə bir saziş təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrəər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən onun yaşını, ananın uşağın onun yanında qalmasının istəməsini, atanın buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra uşaq anasının yanında qalmalıdır. İddiaçı uşağın saxlanılmasıüçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanun vericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatıödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda xx.xx.2018-ci il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin olunmaqla, hər ay uşaq üçün 120 manat məbləğində müəyyən ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə X7 arasında olan 2018-ci ilin mart ayının 11-ci günündə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi akt qeydləri kitabında 308 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra xx.xx.2018-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalsın. xx.xx.2018-ci il təvəllüdlü X1yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2020-ci il tarixindən başlayaraq X2 hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar