Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1292/2025 13.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiaçı üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə mğəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Rəsul Nəbiyevin və Fərid Nəbiyevin yetkinlik yaşına çatanadak saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 2007-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 23 sentyabr 2008-ci il təvllüdlü Rəsul və 25 iyun 2010-cu il təvəllüdlü Fərhad adlı uşaqları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Özü aptekdə işləyir və 364 manat əmək haqqı alır, lakin aldığı əmək haqqı ilə uşaqlarını maddi cəhətdən saxlamaqda çətinlik çəkir. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, hazırda həbsdə olduğunu və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 sentyabr 2008-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 iyun 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1461/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon VVAQ şöbəsində 08 noyabr 2007-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1461/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon VVAQ şöbəsində 08 noyabr 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş 23 sentyabr 2008-ci il təvəllüdlü X4 və 25 iyun 2010-cu il təvəllüdlü X5 hazırda iddiaçının yanında yaşayır. İddiaçı aptekdə işləyir və əmək haqqı alır, lakin aldığı əmək haqqı ilə uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat aliment təyin edilməsinə dair tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək cavabdehin valideynlik borcudur. Müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ tərəflərin həqiqi vəziyyətinə uyğundur və cavabdeh tərəfi maddi cəhətdən pis vəziyyətə sala bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 17 aprel 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 17 aprel 2025-ci il tarixdən başlayaraq 23 sentyabr 2008-ci il təvəllüdlü X2 və 25 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48.8 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1292/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1292/2025
13.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver