Məhkəmə qərarları › İş №2(039)-1313/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1313/2020

23.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1313/2020 23.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları İnci Abdalovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin bütün qazancından və gəlirlərindən hər ay sabit pul məbləğində 170 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxx 2016-cı il tarixdə Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsində nikah bağlamaqla ailə qurub evlənmişlər. Onların nikahlarından xx xxxxxxxx 2017-ci il tarixdə uşaqları X2 anadan olmuşdur. Cavabdeh ona və uşağına baxmadığı üçün 2 ildən çoxdur ki, faktiki ayrılıb, anasına məxsus evdə yaşayır. O, işləmir, uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi işlə məşğul olur, qazancı yaxşıdır, lakin uşaqlarının saxlanması üçün ona heç bir köməklik etmir. Ona görə də sabit pul məbləğində alimentin tutulması tələbi ilə əlaqədar hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 adlı bir övladları vardır. Təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı nikahları xx xxxxxxx 2016-cı il traixdə, Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsində 2902 nömrə ilə qeydə alınmışdır. Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən övladının yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunmalıdır ki, İddiaçı, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia irəli sürsə də, cavabdehin buna maddi imkanın olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması aliment üçün hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar