Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1353/2020 30.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin faizlər qaydasında və sabit pul məbləğində tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin faizlər qaydasında və sabit pul məbləğində tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında faizlər qaydasında alimentin, eyni zamanda cavabdehin faktiki qazancından və gəlirlərindən yetkinlik yaşına çatmamış övladları 2009-cu il təvəllüdlü Hüseynin və 2015-ci il təvəllüdlü Səbuhinin saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iki azyaşlı uşağının saxlanılamsı üçün cavabdehin bütün faktiki qazancından hər ay hər bir uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər xx xxxxxxxx 2009-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxxx 2009-cu il tarixdə X3 və xx xxxxxx 2015-ci il tarixdə X4 adlı iki uşaqları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsada sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Hazırda ayrılıb ayrı yaşayırlar. Bu müddətdə cavabdeh uşaqlarına heç bir yardım göstərməmişdir. İddiaçı özü heç bir yerdə işləmir. Ailəni dolandırmada çətinlik çəkir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, iddiaçı ilə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılsalar da, uşaqlarına baxmaqdan boyun qaçırmır. Hər ay hər uşaq üçün 125 manat aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi 17-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı 11694772 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X3 xx xxxxxxx 2009-cu il tarixdə Yevlax rayonu, Xaldan kəndində anadan olmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı 11971481 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx xxxxxx 2015-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi 17-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxx 2020-ci il tarixli AZ-l 461355 saylı çıxarışından məlum olur ki, Cavabdeh ilə X2 arasında xx xxxxxxxx 2009-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2016-cı il tarixli AZ-lll 655197 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx xxxxxx 2015-ci il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2010-cu il tarixli AZ-ll 489334 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 xx xxxxxxx 2009-cu il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından faktiki ayri yaşayırlar, uşaqlar hazırda analarının himayəsindədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay hər uşaq üçün 125 manat sabit pul məbləğindən alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşaqların layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyələrini, təhsillərini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər bir uşağın saxlanması üçün hər ay 125 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 adlı uşaqların 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 125 manat, cəmi 250 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1353/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1353/2020
30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver