Məhkəmə qərarları › İş №2(039)-1354/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1354/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1354/2020 16.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Kreditor Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Yevlax şəhər Şöbəsinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üəyyən etdi: Kreditor Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Yevlax şəhər Şöbəsi borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dаir əmr icraatı qaydasında məhkəməyə mürаciət еtmiş, borclu Cavabdeh (VÖEN ********** qeydiyyat **********4 nömrəli) 340.78 manat məbləğində borc tutularaq DSMF-nun Yevlax şəhər şöbəsinə ödənilməsi barədə məhkəmə verilmiş və əmr icraya yönəldilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(039)-4142/2017 saylı qərardadı ilə məhkəmənin 24 noyabr 2017-ci il tarixli 2(039)-4142/2017 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Yevlax şəhər Şöbəsi iddiasını onunla əsaslandırmışdır ki, borclu Əmək və x1 Nazirliyi yanında DSMF-nun Yevlax şəhər şöbəsində **********4 qeydiyyat nömrəsi ilə uçota alınmışdır. Borclu 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2017-ci il tarixi ərzində məcburi dövlət sosial haqqını tam ödəməmişdir. 01 yanvar 2017-ci il tarixə borclunun 303 manat 24 qəpik manat əsas borcu, 37 manat 54 qəpik peniya və maliyyə sanksiyası kimi borcu vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İnzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 2-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Göründüyü kimi, tərəflərdən biri fiziki, digəri inzibati orqandır və onların arasında münasibətlər ümumi (publik) nizamasalma predmetinə aiddir. İnzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Yevlax şəhər Şöbəsinin Cavabdeh qarşı “borc” tələbinə dair 2(039)-4142/2017 saylı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, Cavabdeh qarşı hazırkı tələbə dair iddiа ərizəsi ilə Şəki İnzibati-İqtisаdi Məhkəməsinə mürаciət edə bilər. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar